reklam
» » Məktəblilər maska taxsın, yoxsa yox? - AKTUAL

reklam

Məktəblilər maska taxsın, yoxsa yox? - AKTUAL


Koronavirus (COVID-19) pandemiyası qoruyucu maskaları həyatımızın ayrılmaz bir parçasına çevirib. İndi evdən onsuz çıxmaq olmaz. Böyükdən-kiçiyə hər kəs qapalı məkanlarda maska taxmalıdır. Bu, COVID-19-a yoluxma riskinə qarşı görülən sadə tədbirlərdən biridir.

Bildiyimiz kimi, bu gündən dərslər başlayıb və əvvəlcədən müəyyən olunmuş qaydada bir sıra dərslər təhsil müəssisələrində keçiriləcək. Valideynlər isə nigarandır. Övladını məktəbə göndərəcək olanlar onlara maska taxdırıb-taxdırmamaqda qərarsızlıq yaşayırlar. Bir tərəfdən hava çox istidir və qapalı məkanda maskada oturmaq uşaqlar üçün çox çətindir. Digər tərəfdən də virusa yoluxma ehtimalı valideynləri iki yol ayrıcında qoyur.

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın “4.3 təhsilalanlara dair tələblər: 4.3.1. təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onun valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir, peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir”, - deyə qeyd edilir.

Qərardan da göründüyü kimi, şagirdlərin maska taxmağı məcburi hesab edilmir. Bu halda ortalığa bir sual çıxır: Məktəblilər maska taxsın, yoxsa yox?

AYNA-nın sualını infeksionist həkim Nicat Əzimli cavablandırıb. O bildirib ki, sosial məsafə tələbinə riayət edilmədikdə maska taxılması zəruridir.

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 12 yaşdan yuxarı uşaqların, 1 metrdən artıq ara məsafəsini saxlamaq təminatı olmadığı şəraitdə, maska taxması o müəssisə üçün zəruridir”, - mütəxəssis bildirib.

Və beləcə, qərar valideynlərin.


Paylaş:


Müəllif : Tarix:
15-09-2020, 15:44
  


loading...
Загрузка...