reklam
» » 11 aydır komada olan Gülalıyevin son durumu

reklam

11 aydır komada olan Gülalıyevin son durumu


Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində 11 aydır koma vəziyyətində olan və 4 əməliyyat keçirən hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbulun Amerika Xəstəxanasında müalicəsi davam edir.

O.Gülalıyevin oğlu Təbriz Gülalıyev Cəbhə.info-ya açıqlamasında atasınn səhhətində irəliləyişlər olduğunu bildirib. Onun sözlərinə görə, atası artıq ağız və burnu ilə sərbəst nəfəs ala bilir:

“Atam İstanbulda Amerika Xəstəxanasında müalicə olunur. Özü sərbəst şəkildə ağız və burnu ilə nəfəs alır. Son zamanlar sağ qolunda hərəkətlər yaranmağa başlayıb. Həmçinin baxışlarında irəliləmənin olduğunu hiss etmək mümkündür”.

Oqtay Gülalıyevin başqa xəstəxanaya köçürülməsinə gəlincə, oğlu bu barədə hələ düşünmədiklərini bildirib:

“Hələ bu xəstəxanada müalicəsini davam etdirməsi fikrindəyik. Köçürməyi düşünmürük”.


Paylaş:


Müəllif : Tarix:
14-09-2020, 17:12
  


loading...
Загрузка...