reklam
» » Sərhədyanı bölgələrdə erməni radiosu yayımlanır? - RƏSMİ AÇIQLAMA

reklam

Sərhədyanı bölgələrdə erməni radiosu yayımlanır? - RƏSMİ AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə bir sıra sərhədyanı rayonlarımızda Ermənistan və İran radiodalğalarının tutması ilə bağlı məlumatlar yayılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi Günel Gözəlova məsələ ilə əlaqədar “MediaPost”a danışıb. O, belə halların istisna təşkil etdiyini söyləyib:
“Ümumiyyətlə, televiziya və radio yayımları hər bir ölkə ərazisində müvafiq radioyayım vericiləri vasitəsilə həyata keçirilir. Eyni zamanda bir çox hallarda relyefdən asılı olaraq qonşu ölkələrin ərazilərində bu, qəbul edilə bilir. Belə hallar sərhədyanı dövlətlərin ərazilərində bəzən müşahidə olunur. Hazırda respublika və ictimai yayım proqramları efir tezlik diapazonunda demək olar ki, bütün ölkə ərazisində yayımlanır.
Azsaylı əhalisi olan kiçik dağ kəndlərində də bu və ya digər radio proqramlarına da tələbat yarandıqda və əhali tərəfindən müraciət olunduqda yeni yayım vericiləri həmin ərazilərdə qurulur. Ölkə üzrə əhatə dairəsi az olan radio proqram istehsalçıları tərəfindən müvafiq müraciət olduqda yeni radio vericilər tələb olunan ərazilərdə qurularaq yayım təmin olunur. Bu məsələ özəl radioproqram istehsalçılarının sifarişindən asılıdır”.
Qurum rəsmisinin sözlərinə görə, Azərbaycan mövcud problemin həlli üçün ciddi addımlar atır:
“Beynəlxalq Telekommunikasiya İttifaqının müşahidəçiliyi ilə biz bir sıra beynəlxalq müqavilələrə imza atmışıq ki, sərhədyanı bölgələrdə maksimum ancaq Azərbaycan daxilində olan radiyayım həyata keçirilsin. Sadəcə, bütün dünyada bəzi hallarda qurğular başqa ölkələrdən dalğa tuta bilir. Amma bu o demək deyil ki, birmənalı şəkildə tutmalıdır. Biz buna maneə yaradan bir çox texnoloji yenilikləri tətbiq edirik və nəzarət nazirlik tərəfindən xüsusi qaydada həyata keçirilir".
Ancaq məsələ heç də “Facebook”da yazılan kimi deyil. Məsələn, yazırlar ki, sözügedən problem Şamaxıda, İsmayıllıda mövcuddur. Lakin, bu, demək olar ki, mümkünsüzdür. Çünki bu rayonlar ümumiyyətlə sərhədyanı ərazi deyil. Digər tərəfdən Ermənistan, İran radiosunun Azərbaycan tezliyində yayımlanmasının qarşısının alınması üçün mütəmadi işlər görülür”.


Paylaş:


Müəllif : Tarix:
14-08-2020, 17:59
  


loading...
Загрузка...