reklam
» » Məktəbli formaları neçəyədir? – BTE-dən açıqlama

reklam

Məktəbli formaları neçəyədir? – BTE-dən açıqlama


Hazırda məktəbli formaları köhnə qiymətlərlə satılır. 40 manat aşağı siniflərin, 46 manat isə yuxarı siniflərin kostyumlarıdır. Köynəklər isə 8 manatdır.

Regionxeberleri.com bildirir ki, bunu Axar.az-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov deyib. Etibar Əzimov hazırda tikiş evinin məhsullarının köhnə qiymətlərlə satılmasının səbəblərindən də danışıb:

“Ötən ildən məktəbli formalarımız qalıb. Yeni məktəbli formalarının tikilişi üçün də kifayət qədər parçamız var. Hələ ki, yeni qiymətlər müəyyənləşdirilməyib. Çünki məktəblərin açılıb-açılmayacağı bilinmir. Bununla bağlı rəsmi qərar da yoxdur. Ona görə də məktəbli formalarını hələ ki, köhnə qiymətlərlə satırıq. Bu il nə qədər məktəbli formasının hazırlanacağı da məlum deyil. Ona görə ki, hazırda bizim bütün mağazalarımızda məktəbli formaları var. Bəzi mağazalarımız açılıb, bəzi mağazalarımız isə molların tərkibində olduğu üçün gözləyir. Hazırda fabrikin tərkibində olan 5 mağaza işləyir. İndiki məqamda əsasən alıcılarımız liseylər və aşağı siniflərdir”.


Paylaş:


Müəllif : Tarix:
13-08-2020, 14:24
  


loading...
Загрузка...