reklam
» » Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... - Ramiz Mehdiyevi müdafiə edən Ziya Məmmədov Tovuz hadisələri vaxtı susmuşdu...

reklam

Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... - Ramiz Mehdiyevi müdafiə edən Ziya Məmmədov Tovuz hadisələri vaxtı susmuşdu...


Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini iyul ayının12-dən başlayaraq 3 gün ərzində kobud şəkildə pozmağa cəhd etməsi Azərbaycan cəmiyyətini silkələdi. Vətəndaşlar cəbhəyə əllərindən gələni köməyi göstərmək üçün növbələrə düzüldülər. Kimin nəyə imkanı çatırdısa, Azərbaycan dövlətinə, əsgərinə yardım üçün hər kəs hərəkətə keçmişdi.

Qəhrəman əsgər, zabit və generallarımızın şücaəti sahəsində Ermənistanın hücumunun qarşısı alındı, düşmənə ağır zərbə endirildi. Ermənilərin çoxlu sayda hərbi texnikası, canlı qüvvəsi məhv edildi. Tovuzda baş verənlər Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı. Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. İndi hər yerdə “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, vətən bölünməz” şüarları diqqət çəkir, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki şöbələrinə müraciət edən çoxlu sayda gənclərimizin hərbi əməliyyatlara qatılmaq arzusu Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu bir daha ortaya qoydu. Bu gün hamıya gün kimi aydındır ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, torpaqlarını azad etmək əzmi xalqın qanındadır!

Bütün bunlarla yanaşı Azərbaycanda yaşayan, Azərbaycanda məmur olaraq çoxmilyonluq sərvətlərə sahiblənən kəsim də var. Bu kəsimdən də cəmiyyətin gözləntiləri var. Adamlar illərlə nazir, komitə sədri, dövlət büdcəsindən böyük paylar alan qurumların rəhbərləri olublar. 3 günlük iyul müharibəsi və sonrakı günlər əslində bu kəsim üçün də bir test oldu. Adamların Azərbaycana münasibəti ortaya çıxdı. Bilindi ki, dar gündə kimlərə güvənmək, kimlərə isə yardım gözləmək əbəsdir. Maraqlıdır ki, sabiq məmurların səs-sorağı, quruca açıqlamaları da ortaya çıxmadı. Son aylar müharibə ovqatında olan xalqa mesajları, dəstəkləri olmadı. Millətin sərvətini yeyib və imarətlərində gizləniblər...

Əski sabiqlər vətənpərvərlik hissindən məhrum, vətənin dərdlərinə biğanədir. Niyə bu adamlar iyul müharibəsi zamanı heç bir dəstək açıqlaması, bəyanat vermədilər? Cəbhə xəttinə yardım etmədilər?

Sadə vətəndaşların bir çoxları təkərdən tutmuş, ərzağa qədər göndərdilər, sabiqlər isə ortaya çıxmadı.

Azərbaycanın sabiq məmurları deyəndə ilk ağla gələn eks nəqliyyat naziri Ziya Məmmədovdur. Nədən ki, bu adam vəzifədə olduğu müddətdə ölkədə olduqca böyük yol infrastrukturu yaradılıb, dövlət büdcəsindən bu sahəyə milyardlar ayrılıb. Ziya Məmmədovun ailəsinə məxsus “Garant” Holdinq məhz həmin zaman kəsiyində yaranıb, nataraz şəkil alıb. Holdinqin tərkibinə 17 yerli şirkət daxil idi: “Qarant Sığorta” ASC, “Azbentonit” MMC, «Royal İsteyt” MMC, “Qarant Tour” MMC , “English Yard” MMC, “Quba Olimpiya Kompleksi” MMC, “Avto-Media” MMC, “Ucar Aqro” MMC, “M.Trans” MMC, “Ameritex” MMC, “Transevrokom” MMC, “Zqan konstrakşn” MMC, “Turbo.az” MMC, “Qarant Sığorta Agenti” MMC, “Quba Resort” MMC, “AFK” MMC, “Delfin” MMC və “Goranboy Gips” ASC.

Ziya Məmmədovun biznesi arasında müxtəlif zamanlarda mediada adı keçən şirkətlərdən biri də “Bank of Azərbaijan” olub. Sonradan bu bankın fəaliyyətinə xitam verilib. Hazırda ABŞ prezidenti olan Donald Trampla Məmmədovun oğlunun yaxın dostluq münasibətləri də hər kəsə bəlli idi. Hətta Trampın Bakıdakı oteli “Trump Towers Baku”nun tikintisini də o reallaşdırıb. Bundan başqa ölkənin hər bir görməli-gəzməli güşəsində Məmmədovların imarətləri bina edilib. Xaricdə qurulan biznesin də çoxşaxəli geniş olub.

Bu qədər sərvəti Ziya Məmmədov haradan əldə edə bilmişdi?

1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olan Z.Məmmədov əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayıb. O daha sonralar 1974-1980-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində bundan sonra 1980-1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışıb.

1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984-1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsinə təyin olunub. 1987-1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989-1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləyib. 1991-1993-cu illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi, 1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1996-cı il tarixli 379 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb.

Z.Məmmədov Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-cı il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat naziri vəzifəsinə təyin edilib. 2017-ci ilin fevralına qədər bu vəzifəni daşıyıb. Amma dövlətin, millətin çətin günündə Ziya Məmmədovun səsini eşidən olmadı.

Onun sonradan cəbhəyə kömək istiqamətində addımları haqda da xəbəri eşidən yoxdur. Halbuki, vətəndən çox uzaqlarda, öz əlinin zəhməti ilə, bilik və bacarıqları ilə pul qazanan yüzlərlə həmyerlimiz vətənin dar günündə sinələrini qabağa verməkdən çəkinmədilər, bu yolda var-dövlətlərindən keçdilər. Hətta öz biznes maraqlarının ziddinə olaraq bu addımı atanları da gördük.

Sabiqlərdən isə ortaya çıxan olmadı.

Ziya Məmmədovla əlaqə saxlayıb bu və digər suallara cavab istəməyə çalışdıq. Lakin israrlı zənglərimiz cavabsız qaldı. Eks nazir hazırda haradadır? Ölkədədirmi? Məlum deyil. Nazir olarkən toplanan sərvət bu adamlara bütün dünyanı vətən edib. Təkcə Ziya Məmmədov deyil, sabiq kənd təsərrüfatı naziri İsmət Abbasov, keçmiş müdafiə naziri Səfər Əbiyev, eks iqtisadi inkişaf naziri Heydər Babayev də “ortada yeyib qıraqda gəzirlər”. Vətənin dar günündə çiyinlərini yükün altına verməkdən yayınır, cınqırlarını belə çıxarmırlar. Sanki vətən elə talamaq üçündür...
“Yeni Müsavat”



Paylaş:


Müəllif : Tarix:
12-08-2020, 11:31
  


loading...
Загрузка...