reklam
» » Riyaziyyat fənni üzrə suallar niyə çətinləşdirilib? - MÜƏMMA

reklam

Riyaziyyat fənni üzrə suallar niyə çətinləşdirilib? - MÜƏMMA


2003-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə oxuyaraq 9-cu sinfi fərqlənmə-qırmızı attestatla bitirərək bu il 1-ci sinfi əla qiymətlərlə başa vurmuşam. Uşaqlıqdan həkim olmaq həvəsində olmuşam və Azərbaycan Tibb Universitetinə qəbul olmaq üçün müraciət etmişəm, gələcəkdə xalqım və millətim üçün dəyərli həkim olmaq arzusundayam.

Belə ki, artıq 5 aydır respublikada pandemiya ilə əlaqədar biz-abituriyentlərin buraxılış və qəbul imtahanlarına hazırlıq dövründə məktəblərin bağlanması ilə əlaqədar onlayn dərslərə qoşulmağımız və imtahanlara hazırlaşmağımızda bizim üçün böyük çətinliklər yaratmışdır. Mən və mənimlə birlikdə qeyd olunan imtahanlara hazırlaşan tanıdığım abituriyentlər hər zaman güclü və savadlı müəllimlər tərəfindən bilik səviyyəmiz hər zaman yüksək qiymətləndirilmiş və sınaq imtahanlarından yüksək nəticələr əldə etmişik. Sizə müraciət etməyimin səbəbi Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-2020-ci tədris ilinin yekunu üzrə təşkil edilən buraxılış imtahanları ilə əlaqədardır. Belə ki, qeyd olunan qurum tərəfindən Respublika ərazisində təşkil olunmuş buraxılış imtahanları qeyri-ədalətli olmaqla bölgələr üzrə qeyri-bərabər təşkil olunmuşdur.

Belə ki, Bakı şəhəri və digər bölgələr üzrə keçirilən imtahanların çox asan, Gəncə şəhərində isə çox çətin, buraxılış imtahanlarına uyğun olmayan, riyaziyyat fənni üzrə əsasən blok imtahanı tipli çox çətin olmuşdur. Xüsusən qeyd etmək istəyirəm ki, 30 iyul Nizami rayonu üzrə Gəncə şəhərində keçirilən buraxılış imtahanı 29 iyul Kəpəz rayonu üzrə keçirilmiş imtahanla müqayisədə çox çətin və qəliz olmuşdur. DİM tərəfindən imtahanların hansı səbəbdən bu cür ayrı seçkiliklə və ədalətsizlikə keçirilməsinin səbəbini aydınlaşdırılmasını Sizdən öz adımdan və Azərbaycanın gələcəyi ola biləcək abituriyentlər adından Sizdən xahiş edirəm. Onu da qeyd edim ki, bu cür düşünən yüzlərcə abituriyentlərdən biriyəm.

Çox narahatıq. Mövcud pandemiya dövründə ölkəmizin savadlı həkimlərə ehtiyac duyulduğu zamanda bu cür hazırlıqlı uşaqlara DİM tərəfindən qarşılarına əsassız maneələrin çıxarılmasının səbəbi bizə aydın deyil.

Məncə, bu bizim kimi əziyyət çəkən abituriyentlərə qarşı çox böyük bir ədalətsizlikdir. Hətta biz ən axırıncı imtahan verənlərik, yəni bu vaxta qədər 6 fəndən istirahət etmədən çətin şəraitdə hazırlaşarkən, bizə güzəştlərin ediləcəyini ümid edərkən bu cür münasibətlə qarşılaşmaq, sözün düzü, təəssüfə səbəb oldu.Yeri gəlsə, biz ən axırıncı imtahan verənlər olaraq asan olmalı idi. Bizim blok imtahanına hazırlaşmağa belə vaxtımız qalmayıb. Halbuki digər bölgələr imtahanlarını çoxdan verərək uzun müddətdir ki, artıq blok imtahanlarına, yəni cəmi 3 fənnə hazırlaşıblar. Biz isə ancaq blok imtahanına hazırlaşmağa belə vaxtımız qalmayıb. Fikrimcə, bizə daha asan, güzəştli olmalı idi, amma heç də bu cür olmadı, əksinə daha çətin və dözülməz və bu da bizdə ruh düşkünlüyü yaradır. Onu da qeyd edim ki, Kəpəz rayonunda olan riyaziyyat fənnindən olan sualları şəxsən işlədim və bizim imtahanla müqayisədə necə asan olduğunu gördüm. Həmçinin ingilis dili fənnindən olan dinləmə mətninin də çətin, anlaşılmayan olduğunu da qeyd etmək istədim. Onu da deyim ki, bu, təkcə mənim yox, 30 iyul tarixində bütün imtahan verənlərin fikridir. İndi bu problemin səbəbi nədir?

Nə üçün digər uşaqlara asan imtahan, biz isə necə çətin imtahan oldu. İndi sizin fikrinizcə, nə dərəcədə ədalətlidir ki, bizdən daha az savadlı uşaqlar digər tarixdə, asan suallardan imtahan verdikləri üçün nəticələri bizdən yüksək olacaq. Universitetə daxil olarkən isə yığılan ballar əsas olacaq hansı imtahanın çətin və ya asan olması deyil. Bu cür savadlı uşaqlar layiq olduqları yerlərdə ola bilməyəcəklər. Sonra da savadsızlıq baş alıb gedəcək. Mənə bu haqsızlıqların səbəbi sözün əsl mənasında çox maraqlıdır. İnanıram və ümid edirəm ki, müraciətim cavabsız qalmayacaq. Mənim də səsimi eşidəcəyinizə bütün qəlbimlə inanıram.Təkcə mən yox, ətrafımda olan bütün yoldaşlarımın səsini eşidəcəyinizə əminəm və onu da qeyd edim ki, riyaziyyatdan müəyyən sualların həllində müəllimlərimizin özləri də çətinlik çəkdilər. Sizcə, nə dərəcə düzgündür buraxılışa bu cür müzakirəli, çətin sualların salınması?

Halbuki digər regionlarda bu tip suallar olmamışdı. Bizim günahımız nə idi? Əsas istəyim, budur ki, imtahan artıq olub qutarıb, amma bizlər – 30 iyul imtahan verənlərin bal hesablanması zamanı müəyyən güzəştlər olunsun. Müəyyən suallar bizdə düz götürülsün. Əsas da riyaziyyatv və ingilis dili fənni üzrə. Açıq tipli suallar yoxlanıldıqda isə sualların çətinliyi nəzərə alınaraq tam bal verilsin bizə.

Çünki biz buna layiqiq, ən çətin imtahan bizə oldusa, bizə güzəştlər olunmalıdır. Və əminəm ki, bu qədər müraciətlərimiz səssiz qalmayacaq, qalmamalıdır. Onda dünyanın ədalətli olduğuna, bəlkə, inanarıq…
Paşa Aysun Abbas qızı //konkret.az//


Paylaş:


Müəllif : Tarix:
4-08-2020, 10:36
  


loading...
Загрузка...