reklam
» » Sərt karantin rejiminin qüvvədə qaldığı rayon və şəhərlər: Həftəsonları nəqliyyat işləməyəcək - SİYAHI

reklam

Sərt karantin rejiminin qüvvədə qaldığı rayon və şəhərlər: Həftəsonları nəqliyyat işləməyəcək - SİYAHI


Azərbaycanda 13 şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir:

Həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:

8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək.


Paylaş:


Müəllif : Tarix:
3-08-2020, 17:31
  


loading...
Загрузка...