reklam
» » Sərt karantin: Tamam, yoxsa davam? – ÜST-ün uzun müddət istəyinə CAVAB

reklam

Sərt karantin: Tamam, yoxsa davam? – ÜST-ün uzun müddət istəyinə CAVAB


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Qebreyesus İsveçrənin paytaxtı Cenevrədə keçirilən mətbuat konfransında bildirib ki, koronavirus pandemiyasının uzun müddət davam edəcəyini gözləyirlər.

Sual yaranır ki, əgər ÜST həll yolunun tapılmaması və pandemiyanın uzun müddət sürəcəyi haqqında bəyanat verirsə, bu karantin rejimlərinin saxlanılmasının əhəmiyyətsiz etmirmi? Cıxış yolu məhdudiyyətlərin aradan qaldırılması və kollektiv immunitetin yaranmasını gözləmək deyilmi?

Həkim terapeft Rasif Bağırov Cebhe. info-ya açıqlamasında bildirib ki, infeksiyaya qarşı hər hansı dərman vasitəsinin olmaması, onun xüsusiyyəti ilə bağlı araşdırmaların olmaması bu prosesi uzadır:

“Koronavirusla bağlı problemi karantinlə həll etmək qeyri-mümkündür. Məhdud sayda yayılan xəstəliklərlə karantinlə mübarizə aparmaq mümkündür. Məsələn, “Ebola”nı qısa zamanda məhv etmək mümkün oldu. Amma indi bütün dünya koronavirusdan “od-tutub yanır”, hansı karantinlə bunun qarşısını almaq mümkün ola bilər?! Digər tərəfdən yayılma sürəti yüksək, dərmanların yoxluğu şəraitində. Dünyanın müxtəlif ölkələrində insanlar karantinə qarşı etirazlarını bildirirlər. Bizdəki karantin isə əksinə prosesi çətinləşləşdirir. Metronu bağlayıb, avtobuslarda sıxlıq yaratmaq karantin deyil axı”. Terapevt bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının belə bir bəyanat verməsi başadüşülüən deyil:

“Çünki, artıq İngiltərədə vaksinin tapılması ilə bağlı xəbərlər yayılıb. Adətən vaksinlər çox uzun müddətdən – tapılandan 10 il sonra istifadəyə buraxılır. Çünki bu müddətdə yoxlanma aparılır. Belə başa düşürəm ki, ÜST həmin müddəti gözləmək istəyir”.

Pediatr Vaqif Qarayev Cebhe.info-ya açıqlamasında bildirib ki, heç bir virus ədəbi olaraq davam etmir:

“Virus müəyyən müddətdən sonra ya mutasiyaya uğrayır, ya da məhv olur. O, canlı orqanizm tapmasa məhv olacaq. Bununla belə COVID-19 təbabət üçün tamamilə yeni bir problemdir. Yanvardan etibarən Tedros Adanom Qebreyesus gündə bir bəyanat verir. Bu gün dediyi sabah təkzib olunur. İndi də kiminsə “pandemiya bitəcək” və ya “heç vaxt bitməyəcək” deməsi inandırıcı deyil. Miflər, insanları təlaşa salan açıqlamalar həddindən artıq çoxdur. Yeganə ümumi müddəa odur ki, qorunmaq lazımdır. Bir məqamı da qeyd edək ki, qonşu Gürcüstan demək olar ki, virusu lokallaşdırmışdı, onu ləğv etdilər, yenidən yoluxmalar başlandı. Bunlar göstərir ki, məhdudiyyətlər tam aradan qalxan zaman yoluxma artacaq”.

Həkim-pediatr hesab edir ki, Azərbaycanda həm hökumətin tədbirlərində boşluqlar, həm də vətəndaş məsuliyyətsizliyi var:

“Həkim olaraq, karantinin ləğv edilməsinin tərəfdarı deyiləm, amma hesab edirəm hökumətin üzərində düşən ən böyük vəzifə sosial müdafiənin təmin edilməsidir. 190 manatla insanların maddi sıxıntıları qarşılanmır. Bunlar görüntü formasında yox, fundamental şəkildə həll olunmalıdır. 5 aydır ki, işləməyən insanlar var. Balasına çörək pulu qazanmaq üçün küçəyə çıxan insanları qınamaq fikrim yoxdur. Hələ ki, bazarda təzə meyvə-tərəvəz var, indi insanlar bunu ala bilmirlərsə, payızda necə olacaq. Digər tərəfdən avtobuslarda, küçələrdə kifayyət qədər insan sıxlığı var. Cərimələr məqsəd yox, infeksiyanın lokallaşdırılması üçün vasitə olmalıdır, amma bizdə belə çıxır ki, məqsəddir. Qarabağla bağlı yürüş insanların vətənpərvərlik ruhunun göstəricisi olaraq yaxşı hal olsa da, on minlərlə insanın toplaşması indiki bir vaxtda qorxulu bir haldır. Bu mitinqdən sonra karatinin mənası qalmadı. Rayon yerlərində yas, gizli nişan, toy mərasinləri keçirilir, amma bu günki durum elədir ki, biz bəzi ənənlərimizdən imtina etməyə məcburuq”.

Vaqif Qarayev deyir ki, həkim olaraq karantinin tərəfdarı olsa da, sosial, psixoloji sıxıntıların aradan qaldırılması üçün yollar aranmasını vacib hesab edir:

“Məhdudiyyətlər böyüməkdə olan uşaq orqanizmi üçün böyük təhlükədir. Ən vacibi isə payızda artıq başqa viruslar baş qaldıracaq. Yay aylarında immun sistemi güclənməlidir ki, baş qaldıran virusla mübarizə apara bilsin. Həmin zaman hələ bir ciddi problem də bunun COVID və ya başqa virus olmasını ayırd etmək olacaq”.


Paylaş:


Müəllif : Tarix:
3-08-2020, 13:46
  


loading...
Загрузка...