reklam
» » DEPUTATDAN RAMİZ MEHDİYEVƏ YENİ İTTİHAMLAR... – “Azərbaycan dövləti ilə işi olmasın!”

reklam

DEPUTATDAN RAMİZ MEHDİYEVƏ YENİ İTTİHAMLAR... – “Azərbaycan dövləti ilə işi olmasın!”


Fəzail Ağamalı: “Görək, yenə də AMEA-nı özünün qərargahına cevirəcək, yoxsa, dayanacaq...”
“Bu, nə vaxtdan istiqlalçı olub? Nə vaxtdan dövlət müstəqilliyi uğrunda mübarizə aparanlardan biri olub?”
“Mən Ramiz Mehdiyevin həmin müraciəti oxudum. O, əslində xaricdə oturan bəzi jurnalistlərə –məncə, əsasən Sevinc Osmanqızını daha çox hədəfə alır, adını çəkmir, ancaq yaxşı olardı ki, ad da çəkilərdi – xitabən bunu ifadə edir. Eyni zamanda özünün ideyalara sadiqliyini bir daha önə çəkib. Bu, artıq üçüncü yazıdır ki, o, Heydər Əliyevə, cənab prezidentimizə, Azərbaycan dövlətçiliyinə sadiq olduğunu təkrarlayır”. 
“AzPolitika.info” xəbər verir ki, bunu müsavat.com-a müsahibəsində Ana Vətən partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib.
Deputat AMEA prezidentinin üç dəfə mətbuata çıxıb, hər dəfə sadiq olmasını vurğulamasına diqqət çəkir: “Adətən, sadiq adamlar bir dəfə deyər ki, mən sadiqəm və yaxud kənardakılar deyirlər ki, bu, sadiqdir. O halda heç təkzibə də ehtiyac olmaz, deyirlər görünən kəndə nə bələdçilik? Əgər bu, doğrudan da sadiqdirsə, onda bir dəfə dedi, kifayətdir, niyə 3 dəfə təkrarlayır? Bu, bir az istər-istəməz diqqətcil olan sizin kimi jurnalistlərdə müəyyən suallar doğurur. Mənə belə gəlir ki, gedən yazılar, ciddi tənqidi fikirlər nəsə onu düşünməyə vadar edib.
İndi baxaq, görək, yenə də AMEA-nı özünün qərargahına cevirəcək, yoxsa, dayanacaq...Sadəcə olaraq mən ona cansağlığı arzulayıram. 100 yaşasın, ancaq düz yaşasın! Azərbaycan dövləti ilə işi olmasın!”

Partiya sədri R. Mehdiyevin həmin müraciətdə “əqidə qumar daşı deyil ki, dəyişsin” cümləsinin üstündə dayanıb: “Siyasi əqidə məsələsi...Bu, nə vaxtdan istiqlalçı olub? Nə vaxtdan dövlət müstəqilliyi uğrunda mübarizə aparanlardan biri olub? Sadəcə olaraq rəhmətlik ulu öndərimizin, cənab prezidentimizin tapşırıqlarını yerinə yetirib, tapşırıqlarda da bilirik nə var, nə yox. Açığı, mən bu məsələlərə bir daha qayıtmaq istəmirəm. Çünki məni də aparıb xaricdəki jurnalistlərlə eyniləşdirər, yanaşı qoyarlar ki, baxın, mən bunu demişəm, bu da xarici jurnalistlərin yanındadır. 
Bu, bir “priyom”dur ki, bizi də çəksinlər ora, elə bir təəssürat yaratsın ki, buyurun, xaricdə oturan jurnalistlərlə daxildə Ramiz Mehdiyev haqqında deyilən fikirlərin və insanların arasında bir bağlılıq var. Bu, bir “priyom”dur, ona görə də üzərində çox dayanmaq istəmirəm. Sadəcə olaraq bir daha təkrar edirəm, heç kəsin Azərbaycanın müstəqilliyi, dövlətçiliyi ilə işi olmasın! Kim bu dövlətçiliyin əleyhinə gedəcəksə, birinci ölkə Prezidentinin iradəsinin qarşısında cavab verməli olacaq, birmənalı şəkildə”.


Paylaş:


Müəllif : Tarix:
31-07-2020, 22:29
  


loading...
Загрузка...