reklam
» » İcra məmurları ilə yol polisinin “stop biznesi ”

reklam

İcra məmurları ilə yol polisinin “stop biznesi ”


Toxunulmaz mülkiyyətə yiyəsindən xəbərsiz necə həbs qoyulur?

Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun -Konstitusiyanın 13 və 29-cu maddələrinə görə, MÜLKİYYƏT TOXUNULMAZDIR, HEÇ KƏS MƏHKƏMƏNİN QƏRARI OLMADAN MÜLKİYYƏTİNDƏN MƏHRUM EDİLƏ BİLMƏZ. Nə yazıq, Ana Qanununun toxunulmaz saydığı daşınar-daşınmaz əmlaka– mülkiyyətə yiyəsinin xəbəri olmadan icra orqanlarının şifahi göstərişi ilə həbs, “stop”qoyulması praktikası geniş yayılıb və Ana Qanuna bu analoqu olmayan təcavüzün (başqa ifadədən yararlanmaq mümkün deyil ) başında duranlar elə hüquq – mühafizə orqanlarıdır. Özəlliklə Ədliyyə Nazirliyinin icra məmurları ilə DİN-in yol polisinin insanların daşınar avtomobil mülkiyyəti hüququna mütəşəkkil təcavüzü illərdir sürür və belə görünür ki, sonu görünmür.

Ana Qanunəmlaka həbs qoyulması səlahiyyətinin yalnız məhkəmə hakimiyyətinə aid olduğunu, əmlakın tam müsadirəsinə yol verilmədiyini təsbit etsə də, Ədliyyə Nazirliyinin icra məmurları məhkəmənin səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların avtomobillərinə yol polisi yolu ilə həbs qoyurlar . Avtomobil yiyəsi yol polisinin “maşında həbs var” şifahi göstərişi ilə əmlakına sərəncam vermək hüququndan məhrum edilir. Həbs qərarını tələb edən sürücüyə isə nə qərarın özü verilir, nə də təbii ki, qərardan şikayət etmək hüququ təmin edilir! (?) Sadəcə, hansısa rayonun icra və probasiyaşöbəsinin hansısa icra məmurunun “bığının altından keçməklə” avtomobilindən yararlana biləcəyi bildirilir. Təsəvvür edin, toxunulmaz əmlak adi bir məmurun göstərişi ilə təcavüzə uğrayır! (?) Halbuki, vurğuladığımız kimi, icra hakimiyyəti orqanlarının əmlaka həbs, “stop” qoymaq hüququ yoxdur . Ədliyyə Nazirliyinin icra məmurlarının (eləcə də yol polislərinin) məhkəmənin səlahiyyətlərini mənimsəmələri faktı üzə çıxır ki, bu da Konstitusiyaya görə dövlətə qarşı ən ağır cinayət sayılır. Bəs niyə dövlətə qarşı ən ağır cinayətə görə cəza tətbiq edilmir ? Bu sualın cavabı da çox sadədir : ƏDLİYYƏ NAZİRLİYİNİN MƏHKƏMƏLƏRDƏN DƏ ÜSTÜNLÜYÜ! (?) Hansı məhkəmə Ədliyyə Nazirliyinin, Məhkəmə Hüquq Şurasının sıradan bir məsləhətçisinə “gözünün üstündə qaşın var” deyə bilər? Deyərsə, öz gözündən də məhrum ola biləcəyi təhlükəsi real deyilmi? İcra hakimiyyəti orqanının məhkəmə hüquq sisteminə başçılıq etdiyi ölkədə hansı Konstitusiya hüququndan danışmaq olar?

İcra məmurlarının vətəndaşların əmlakı üzərində “hakimliyi” korrupsiyadan qaynaqlanır və olmayan borca görə əsassız tələblərə “əsaslanır” . Fikir verin, Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev Qarabağ əlilinin olmayan icra sənədinə görə həm pensiyasını yarıqat etdirib, həm də 7 il qabaq satdığı avtomobilinə həbs qoydurub ! (?) Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Ayaz Nuqaylının özbaşınalığı da “Ginnesin rekordlar kitabı”na “layiqdir. Bu icra məmuru vətəndaşın borcu olmadığı halda, 10 il qabaq satdığı avtomobilə yol polisi yolu ilə həbs qoydurub.

İcra məmurlarının yol polisinə belə “həbs, stop” sifarişləri yetərincədir və yolverilməzdir. Nə yazıq, hələ ki, yol polisi yolverilməz “stop”larayol verir, məhkəmələr isə səlahiyyətlərinin mənimsənilməsinəsusurlar. Axı, ölkədə hüquqi yöndən ən yüksək hüquqi qüvvəyə malik olan Qanun Azərbaycan Respublikasının Konstitusiyası olsa da, faktiki Ədliyyə Nazirliyinin və DİN-inicra-yol məmurlarıdır ! (?)

Məğrur Bədəlsoy


Paylaş:


Müəllif : Tarix:
31-07-2020, 13:37
  


loading...
Загрузка...