reklam
» » Dərslər sentyabrda başlaya bilər? - Onlayn təhsil baş aldatmaqdır

reklam

Dərslər sentyabrda başlaya bilər? - Onlayn təhsil baş aldatmaqdır


“Uzun müddətdir ki, müzakirə olunur, sentyabr ayında yeni tədris ili ənənəvi qaydada başlaya bilərmi? Dövlət İmtahan Mərkəzi 10 iyundan müxtəlif növ imtahanlar təşkil edir və indiyə qədər 150 mindən çox şagird imtahanlarda iştirak edib. Amma hələ də onlar arasında yoluxma halları qeydə alınmayıb. Özü də imtahanlar orta məktəb binalarında keçirilir. Şagirdlər də azı 3 saat imtahanda olurlar. İmtahandan əvvəl azı 1 saat növbə gözləyirlər. Deməli, müəyyən qaydalara riayət etməklə tədris ili başlaya bilər”.

Cebhe.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib:

O, əlavə edib ki, sinifdə şagird sayı, dərslərin növbəli təşkili və s. qaydalara əməl etməklə dərsə başlamaq olar:

“Əgər onlayn, distant təhsil düşünən varsa, bu çox yanlışdır. Onlayn-distant təhsil ilə tədris ilində başlamaqdansa, başlamamaq daha yaxşıdır. Onlayn təhsil baş aldatmaqdan başqa bir şey deyil”.


Paylaş:


Müəllif : Tarix:
30-07-2020, 14:09
  


loading...
Загрузка...