reklam
» » Qapalı məkanlarda tibbi maskalardan istifadə etməyənlər cərimələndi - Fotolar

reklam

Qapalı məkanlarda tibbi maskalardan istifadə etməyənlər cərimələndi - Fotolar


Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir. 
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşlara tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etmələrinin vacibliyi bildirilib. Eləcə də fəaliyyətinə icazə verilən qapalı məkanlarda xidmət personallarından qaydalara əməl etmələri tələb olunub.     Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər aşkarlandıqda həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.


 



Paylaş:


Müəllif : Tarix:
12-07-2020, 12:58
  


loading...
Загрузка...