reklam
» » Vətəndaşların qəbulu avqustun 1-dək dayandırıldı - Diqqət!

reklam

Vətəndaşların qəbulu avqustun 1-dək dayandırıldı - Diqqət!


Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il avqustun 1-dək fəaliyyətini dayandırıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.


Paylaş:


Müəllif : Tarix:
1-07-2020, 10:59
  


loading...
Загрузка...