reklam
» » Mehman Hüseynov üçün 140 000 AZN toplanıb

reklam

Mehman Hüseynov üçün 140 000 AZN toplanıb


Tanınmış blogger Mehman Hüseynovun müalicəsi üçün 2 gün ərzində 140 000 manat toplanıb.

Bu barədə bloggerin özü məlumat yayıb. ““Bu xalq heç nəyə qadir deyil. Bizim xalqdan heçnə çıxmaz. Bu millətə görə dəyməz” fikirlərini işlədən insanları boş verin, yola verin. Onlara qulaq asmayın. Onlar bizi ruhdan salmaq üçün, bizim vətəndaşlara şübhə ilə yanaşmaq üçün bu cür yalanlar yayırlar. Xalq parçalananda, inamsızlıq olanda, birlik həmrəylik olmayanda onu daha rahat idarə etmək olur.

Məhz Azərbaycan xalqı, məhz Azərbaycan xalqın birliyi, həmrəyliyi nəticəsində mənim həyatım xilas olunmaqdadır. Xalqın birliyi, xalqın həmrəyliyi yenə öz sözünü dedi və gücünü görsətdi.

Necə ki, 19 yanvar 2019-cu il tarixində vəzifəsindən, peşəsindən, siyasi baxışlarınnan aslı olmayaraq insanlar birləşib öz gücünü meydanlarda, sosial şəbəkələrdə görsətdi - mən azadlığa çıxdım. Bu gün tarix yenə təkrarlanır. Bu gün mən öz canımla mubarizə apara apara Azərbaycan xalqı yenə məni tək qoymadı. Yenə də siyasətlə maraqlananlar, siyasətdən uzaq olan insanlar birləşib, həmrəy olub mənim ayağa qalxmağım üçün tələb olunan məbləği cəmi 2 günə topladı. Bu heç kimə zarafat gəlməsin. Cəmi 2 günə tələb onunan məbləğin 98 faizi milli pulumuzla 140.000 AZN toplandı. Bu ilk dəfə idi Azərbaycanda. Heç bir fondun, təşkilatın dəstəyi, mudaxiləsi olmadan. Sıravi vətəndaşlar həmrəy oldular və nəticəsi ortada”, - deyə Mehman Hüseynov bildirib.

Xatırladaq ki, blogger xərçəng xəstəliyindən əziyyət çəkir. O, hazırda İsveçrədə müalicə olunur.


Paylaş:


Müəllif : Tarix:
5-06-2020, 16:27
  


loading...
Загрузка...