reklam
» » "Artım davam edərsə insanlar küçədə yıxılıb ölə bilər" - Adil Qeybulladan HƏYƏCAN TƏBİLİ

reklam

"Artım davam edərsə insanlar küçədə yıxılıb ölə bilər" - Adil Qeybulladan HƏYƏCAN TƏBİLİ


 Ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah keçirdiyi brifinq zamanı həftə sonlarında məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı təkliflər verildiyini bildirdi. Təkliflər qəbul edilərsə nə dərəcədə effektiv olacağını bilmək üçün tibb üzrə ekspert Adil Qeybulla ilə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında bu məhdudiyyətin effektiv olmayacağını bildirdi:
"Mən düşünmürəm ki, təkcə şənbə-bazar günlərinə olan məhdiyyətlər effekt versin. Çünki, tək bu günlərlə iş bitmir. Adi günlər, açıq havada hamı çıxıb gəzir, obyektlər, kafe və restoranlar işləyir. İntensiv şəkildə təmaslar çoxdur, sosial məsafə gözlənilmir, gigiyena qaydalarına əməl edilmir, avtobuslarda, metrolardakı vəziyyət deyiləsi deyil. Buna görə də şənbə-bazar günlərinə tam məhdudiyyətlərin qoyulmasının hər hansı bir effekti olacağını düşünmürəm".
A.Qeybulla eyni zamanda artım davam edərsə insanların küçədə yıxılaraq ölməsinin qaçınılmaz olduğunu qeyd etdi:
"Bu qədər tədbirlər görülməsinə baxmayaraq, insanlarda inam yoxdur, maska taxılmır, qaydalara əməl edilmir. Biz artıq ona gedirik ki, hamı bu virusa yoluxacaq. Kimin ki, immunitet sistemi güclü olacaq xəstəliyi normal, yüngül formada keçirəcək, immuniteti zəif olanlar isə daha ağır formada keçirəcəklər. Bu zaman isə ölüm halları qaçınılmaz olacaq. Belə artımla, küçədə insanların yıxılıb, ölməsinə qədər görə bilərik".


Paylaş:


Müəllif : Tarix:
4-06-2020, 14:05
  


loading...
Загрузка...