reklam
» » Azərbaycanda işin başlama vaxtı dəyişə bilər

reklam

Azərbaycanda işin başlama vaxtı dəyişə bilər


İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün işçilər 3 ayrı qrup şəklində və saat fərqi ilə iş yerlərinə gedə bilərlər.

Bu haqda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinq zamanı danışıb. O bildirib ki, artıq bununla bağlı təkliflər hazırlanıb:

“Bu gün bizim təkliflərimiz sırasında nəqliyyatla bağlı da müəyyən qaydalar var idi. Belə ki, səhər və axşam saatlarında işə gələnlərin və işdən çıxanların sayını nizamlamaqla ictimai nəqliyyatda sıxlığı aradan qaldırmaq - bu məqsədlə böyük ehtimalla təklifimiz qəbul olunsa, qərar veriləcək. İş yerlərinə müraciət olunacaq. İşə gələnlərlə işdən çıxanlar 3 ayrı qrupa ayrılsınlar və ayrı-ayrı saatlarda, məsələn 08:00, 08:30 və 09:00 olmaqla, yaxud bir saat fasilələrlə və müvafiq olaraq axşam o qədər saat gec çıxmaqla getməklə ictimai nəqliyyatdakı sıxlığı aradan qaldırmaq mümkündür. Bununla bağlı təklifimiz var və qəbul olunsa, yəqin ki, sabah qaydalar çərçivəsində məlumat veriləcək “.


Paylaş:


Müəllif : Tarix:
3-06-2020, 23:47
  


loading...
Загрузка...