reklam
» » “Lider TV” satışa çıxarılacaq

reklam

“Lider TV” satışa çıxarılacaq


“Lider TV və Radio-Azərbaycan” MMC gələn aydan satışa çıxarılacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb.
İddia ərizəsinə iyunun 8-də Bakı Kommersiya Məhkəməsində baxılacaq. Bundan sonra telekanal satışa çıxarılacaq.

Plana əsasən, TV və radisou satılmalı, sentyabr ayına kimi, kanalda ciddi islahatlar aparılmalı, bütün texnikalar yenilənməli və ən müasir tələblər əsasında yayımını davam etdirməlidir.

Qeyd edək ki, bir neçə ildir “Lider” TV-dəki maliyyə problemi yaşanır. Hazırki rəhbərlik telekanalın büdcəsini idarə edə bilmədiyi üçün çıxış yolunu işçiləri ixtisar etməkdə görüb.


Paylaş:


Müəllif : Tarix:
1-06-2020, 11:09
  


loading...
Загрузка...