reklam
» » Toylara sentyabradək qadağa qoyulub? - Rəsmi açıqlama

reklam

Toylara sentyabradək qadağa qoyulub? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə bu ilin sentyabr ayınadək toyların keçirilməsinə qadağa qoyulduğu haqda məlumatlar yayılıb və dünəndən sözügedən mövzu müzakirələrə səbəb olub.
Regionxeberleri.com-un "Qafqazinfo"a istinadən verdiyi xəbərə görə, toylarla bağlı məsələyə Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən açıqladığı qaydalarda toxunulub. Belə ki, mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının adından toyların sentyabr ayınadək qadağan olunması barədə yayılan məlumat yalandır: "Ramin Bayramlı belə bir açıqlama verməyib".
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək uzadılıb.


Paylaş:


Müəllif : Tarix:
16-05-2020, 12:27
  


loading...
Загрузка...