reklam
» » Gündə yalnız bir dəfə evdən çıxmağa icazə verilir

reklam

Gündə yalnız bir dəfə evdən çıxmağa icazə verilir


"Vətəndaşlar marketə və aptekə getmək üçün ayrı-ayrı icazə ala bilməz".

Bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İTV-də çıxışı zamanı deyib. O, "səhər icazə alıb marketə getmişəm, amma 4-5 saat sonra təcili olaraq aptekdən dərman almalıyam. Bu zaman nə etməliyəm?" sualına cavab olaraq bildirib ki, vətəndaşlara gün ərzində yalnız bir dəfə evdən çıxmağa icazə verilir: "Ona görə də vətəndaş həmin gün ona nə lazımdırsa, əvvəlcədən nəzərə almalıdır. Lakin əgər səhhətində problem yaranarsa, 1-ci bənd üzrə təxirəsalınmaz tədbirlər üçün icazə alıb evdən çıxa bilər".

Ramin Bayramlı əlavə edib ki, əgər vətəndaşın səhhətində problem yaranarsa, bunun üçün küçəyə çıxmağa ehtiyac yoxdur: "Siz 103-ə zəng edəcəksiniz, bizim həkimlərimiz sizin ünvana gələcəklər".


Paylaş:


Müəllif : Tarix:
6-04-2020, 09:54
  


loading...
Загрузка...