reklam
» » Soğan 1 manat 50 qəpik oldu - Nazirlik SƏBƏBLƏRİ AÇIQLADI

reklam

Soğan 1 manat 50 qəpik oldu - Nazirlik SƏBƏBLƏRİ AÇIQLADI


Dünyanı bürüyən koronavirus pandemiyası həyatımızın bütün sahələrinə sirayət etməyə başlayıb. Hətta artıq bəzi ərzaqların qiymətində kəskin bahalaşma müşahdiə edilir. Virus təhlükəsindən əvvəl 60-70 qəpiyə təklif edilən soğan bu gün 1 manat 40 - 1 manat 50 qəpiyədək bahalaşıb.

Fermerlər bunu sərhədlərin bağlı olması səbəbindən idxalın dayandırılması ilə əlaqələndirirlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Modern.az-a deyib ki, pandemiya səbəbindən bütün dünya ölkələrində ərzaq təminatı ilə bağlı çətinliklər var:

“Pandemiya səbəbindən bütün dünyada bu resursların azalması dövrüdür. İstənilən ölkələrdə bu situasiya yaranıb.

Amma hazırda Azərbaycanda kartof-soğanın qiymətindəki bahalaşma mövsümlə bağlıdır. İdxalın artıb-azalması ilə bağlı deyil. Bizdə idxal dayandırılmayıb. Artıq kiçik partiyalarla faraş kartof-soğan bazara daxil olmaqdadır. Yaxın 10 günə qiymətlər sürətlə stabilləşəcək.

Necə ki, kələmin bazarda təklifi çoxdur deyə, ötən illə müqayisədə qiymətlər ucuzdur. O cümlədən, faraş kartofla-soğan bazara daxil olan kimi qiymətlər də avtomatik enəcək”.

F.Fikrətzadə faraş kartof-soğan üzrə monitorinqlərin aparıldığını deyib:

“Faraş kartofun əkini ilə 3-4 rayon məşğuldur. Faraş kartofu əsasən Cəlilabad, faraş soğanı isə Bərdə təmin edir. Bu rayonlarda ötən illə müqayisədə yazlıq kartof-soğan əkini çox olub. Ona görə də yazlıq kartof-soğanın artımını gözləyirik. Keçən il 4500 hektarda faraş kartof əkilmişdisə, bu il 4700-4800 arasıdır. Havaların mülayim keçməsi məhsuldarlığın artımına səbəb olacaq. Bu cür hava şəraiti taxıl və digərlərinə zərərli olsa da, yazlıq əkin üçün əlverişlidir”.

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanın tərəvəzlə təminatında idxaldan asılılıq yoxdur:

“1 milyonluq istehsal müqabilində 120-140 min ton ərzaq məqsədilə kartof idxal edirik. Bizdə problem olan məhsulun mövsümdən sonra saxlanmasıdır. 300 min tonluq kartof-soğan saxlamaq üçün anbar infrastruktur yaradılmalıdır. Anbarların yaradılması prosesi yekunlaşdırıldıqdan sonra toxumluq kartofu çıxmaq şərtilə. bizdə kartof idxalı sıfıra düşəcək. Soğan idxalında isə 3-5 min tonluq idxalımız olur. Ümumilikdə tərəvəzlə təminatda heç bir problem yoxdur”.


Paylaş:


Müəllif : Tarix:
1-04-2020, 11:57
  


loading...
Загрузка...