reklam
» » Xəstəlik dövründə kimsəsizlərin aqibəti necədir? - Ağ günlərdə qara həyat yaşayanlar

reklam

Xəstəlik dövründə kimsəsizlərin aqibəti necədir? - Ağ günlərdə qara həyat yaşayanlar


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son rəqəmlərə görə, hazırda ölkəmizdə 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, dörd nəfər vəfat edib, Xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilən 26 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Maraqlıdır, belə bir vəziyyətdə küçədə yaşayan kimsəsizlərin aqibəti necədir? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın rəhbəri Anar İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəssisəyə yeni sakin gətirilməyib. O, bunun səbəbindən danışıb: "Hazırda 38 sakin var, onların səhhəti normaldır. Qeyd edim ki, son bir ayda sakinlərin müəssisəyə giriş-çıxışı tamamilə məhdudlaşdırılıb. Nazirliyin göstərişi ilə müəssisəmizə yeni sakin qəbul olunmur. Son bir həftə ərzində tamamilə qapalı şəraitdə çalışırıq. Eyni zamanda, işçilər də qapalı şəraitdə çalışırlar. 8 işçimiz müəssisəni tərk etməmək şərtilə burada qalaraq işləyir".

"Təhlükəsizlik üçün müəssisədə dezinfeksiya işləri aparılır. Sakinlərimiz həkim nəzarətindədir, vaxtaşırı olaraq onların temperaturu ölçülür və tibbi müayinədən keçirilirlər", - deyə o əlavə edib.

Anar İbrahimov bildirib ki, kimsəsizlərin yerləşdiyi bu sığınacaqda kimisə görmək üçün nadir hallarda qapı döyülür. Amma bu dəfə virusun yayılması ilə əlaqədar olaraq qapı qonaqların üzünə ümumiyyətlə bağlanıb: "Onlarla görüş qadağandır. Tək-tük hallarda kimlərsə onlara baş çəkmək üçün gəlsələr də, buna icazə verilmir".
Giriş-çıxış olmadığından burada xüsusi yoxlama aparatlarına ehtiyac olmur.

"Xüsusi karantin rejimi dövründə paytaxtda dilənçiliklə məşğul olan, tüfeyli həyat tərzi keçirən şəxslərin profilaktikası diqqətdə saxlanılır. Son zamanlar 67 nəfər tüfeyli həyat tərzi keçirən şəxs aşkarlanaraq qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin olunub. Onların arasında paytaxt qeydiyyatında olanlar da olub ki, həmin şəxslərin də ailə üzvləri müəyyən edilib və onlara təhvil verilib. Həmçinin, rayon qeydiyyatında olan şəxslərin də yaxınları, ailə üzvləri müəyyən edilib", - Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında deyib.


Paylaş:


Müəllif : Tarix:
1-04-2020, 09:45
  


loading...
Загрузка...