reklam
» » Yardım aksiyasına başladılar, yarı yolda qaldılar – Hesabları donduruldu

reklam

Yardım aksiyasına başladılar, yarı yolda qaldılar – Hesabları donduruldu


Koronavirus infeksiyası Azərbaycanda olduğu kimi Türkiyədə də çoxlu sayda insanı işsiz qoyub.

Ehtiyac içində olan insanalra yardım etmək üçün müxtəlif aksiyalar keçirilir. Bunlardan ən böyüyü İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun və onun ankaralı həmkarı Mənsur Yavaşın başlatdıqları kampaniyadır.

Bu gün məlum olub ki, hər iki kampaniya çərçivəsində açılan bank hesabları dondurulub.

Buan səbəb Türkiyənin Daxili işlər naziri Süleyman Soylunun valilərə göndərdiyi təlimat olub. Nazir qüvvədə olan qanunvericiliyin buna icazə vermədiyini bildirib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həm İstanbulun, həm də Ankaranın bələdiyyə başqanı bu qərarla barışmaq niyyətində deyil. Hər iki başqanın yaxın günlərdə məhkəməyə müraciət edəcəyi gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
31-03-2020, 22:14
  


loading...
Загрузка...