reklam
» » Sədr çağırış etdi: Bu ölkələr can verir...

reklam

Sədr çağırış etdi: Bu ölkələr can verir...


Dənizçilərin Hüquqlarının Müdafiəsi İctima Birliyi (DHM İB) bəşəriyyəti silkələyən koronavirusdan xilas olmaq üçün bütün insanları sərvaxt olmağa çağırır.

Bunu Dənizçilərin Hüquqlarının Müdafiəsi İctima Birliyinin (DHM İB) sədri, şair, gəmi kapitanı Faiq Balabəyli deyib.

O bildirib ki, koronavirus təhlükəsi ilə üz-üzə qalan dünyanın aparıcı dövlətləri iflic vəziyyətinə düşüb:

“Dünyaya həm siyasi, həm də iqtisadi resursları ilə meydan oxuyan dövlətlər bu virusun qarşısında başlarını itiriblər. Başqa dövlətlərin ərazi bütövlüyünü tanımaq istəməyən, iqtisadiyyatına zərər yetirən, təbii sərvətlərini quldurcasına talayan, əvəzində qəpik-quruş ödəyən, özlərinə yaxın və uzaq regionda olan dövlətlərin daxili işlərinə qarışan, xarici siyasətini müəyyən edən nəhəng dövlətlərin bir yarasa yayımına necə dözümsüz olmaları və etdiklərinə görə bədəl ödəmələri göz önündədir.

Çində milyonlarla uyğurun ah-naləsini eşitməyən ABŞ-ın, Fransanın və digər ölkələrin İraqda, Suriyada, Türkiyədə, Əfqanıstanda baş alıb gedən terrora göz yummaları, yaxud terrorla mübarizə adı altında maraqlarında olan ölkələrə dəstək olmaları milyonlarla insanın məhvin səbəb olurdusa da, bu gün adı çəkilən dövlətlər koronovirusun caynaqlarında əziyyət çəkir. İnsan itkisinin, iqtisadi tənəzzülün necə olduğunu görür və bu bəlada qurtulmağın yolunu arayır.

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi (DHM İB) olaraq Azərbaycan hakimiyyətinin, həkimlərinin bu yolda etdiyi fədakarlığı və işbirliyini dəstəkləyir və insanlarımızdan onlarla həmrəy olmalarını xahiş edirik. Bu, bir imtahandır. Yaşamaq uğrunda çarpışmadır və bu savaşda bir olmalıyıq.

Azərbaycan hökumətinin bu bəladan qurtulmaq üçün yürütdüyü siyasət və tövsiyəyə əməl olunmalıdır.

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctima Birliyi (DHM İB) bu istiqamətdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin atdığı əməli addımları nümunə göstərir. Belə ki, növbəyə gedən və növbədən qayıdan dənizçilərin karantinə cəlb olunmaları və sağlam şəkildə həyatımızı davam etdirmək istiqamətindəki əməli işlər mühüm əhəmiyyət kəsb edir. Biz yalnız karantin qaydalarına əməl etməklə bu bəladan qurtula bilərik”.


Paylaş:


Müəllif : Tarix:
29-03-2020, 11:49
  


loading...
Загрузка...