reklam
» » BNA: “Fakt təsdiqini taparsa, sərnişindaşıma şirkəti cəzalandırılacaq” - VİDEO

reklam

BNA: “Fakt təsdiqini taparsa, sərnişindaşıma şirkəti cəzalandırılacaq” - VİDEO


“İddialar sübuta yetirilərsə, həmin sərnişindaşıma şirkəti xətdən uzaqlaşdırılacaq”.

Oxu.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda dispenserlərə su töküldüyünə dair iddialara cavab olaraq deyib.

O bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq:

“Belə faktlarla qarşılaşan şəxslərin BNA-ya müraciət etmələri xahiş olunur. Bu videogörüntülər tərəfimizdən müvafiq qaydada araşdırılacaq və iddia olunan faktın doğru olub-olmadığı müəyyən ediləcək.

Sərnişindaşıma şirkətləri tərəfindən bu cür hallara yol verilməsinə dair iddialar öz əksini taparsa, onlar qanunvericilik normaları çərçivəsində cəzalandırılacaq. Bu halda həmin daşıyıcı birmənalı olaraq marşrut xətlərindən kənarlaşdırılacaq.

Ümumilikdə bildirim ki, “BakuBus” avtobuslarında bu kimi məsələlər xüsusilə diqqətdə saxlanılır. Dispenserlər tez-tez doldurulur. Bununla yanaşı, qeyd etmək istərdim ki, həmin qutulara spirt tərkibli məhlullar tökülür. Açıq məkanda istifadə zamanı mümkündür ki, spirt bir qədər buxarlansın. Ona görə də sərnişinlərimizdən bu cür halları anlayışla qarşılamaları rica olunur.

Cəmiyyət arasında həqiqətə uyğun olmayan məlumatlar yaymasınlar. BNA tərəfindən gün ərzində avtobuslara nəzarət edilir. Bəzən belə iddialar görülən işlərə kölgə salmaq məqsədi daşıyır”.



Paylaş:


Müəllif : Tarix:
27-03-2020, 15:32
  


loading...
Загрузка...