reklam
» » İmkansız azərbaycanlılara bilet aldılar – POLŞADA NÜMUNƏVİ ADDIM

reklam

İmkansız azərbaycanlılara bilet aldılar – POLŞADA NÜMUNƏVİ ADDIM


“Bu gün Polşadan ilk qrupumuzu vətənə yola saldıq. Çətinliklə də olsa, buna nail ola bildik”.

Regionxeberleri.com Modern.az-a istinadən xəbər verir ki, bunu Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndircisi, Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərli bildirib. O, təxliyyə olunmaq istəyən azərbaycanlıların əksəriyyətinin maddi sıxıntılarının olduğunu qeyd edib:

“Təşkilat rəhbəri olaraq mənə çox müraciətlər ünvanlanırdı. Bu müraciətlərin əksəriyyəti ailə sıxıntıları, şəxsi, maddi problemləri olan şəxslər tərəfindən idi. Valideyni rəhmətə gedən, övladı əməliyyat olunmalı olan, viza müddəti bitən və s. bu kimi problemlər var idi və həmin soydaşlarımız təcili vətənə qayıtmalı idilər. Gərgin anlar, psixoloji sıxıntılar yaşanırdı və mən də özümü həmin soydaşlarımızın yerinə qoydum və onlara əlimdən gələn hər bir köməkliyi etməyi özümə borc bildim. Buna görə də mən Polşa Respublikasının Sərhəd Xidməti ilə əlaqə saxladım və soydaşlarımızın təcili olaraq vətənə geri dönməli olduqlarını bildirdim. Sərhəd xidmətindən razılıq aldıqdan sonra Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət etdim. Komitədən məni dəstəklədiklərini bildirdilər və soydaşlarımızı daşıyacaq olan Varşava - Minsk avtobusunun xərclərini öz üzərlərinə götürdülər. Növbəti müraciətim isə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinə oldu.

Viza müddəti bitən soydaşlarımızın sərhəddə problem yaşamaması üçün səfirlikdən məktub lazım idi və tez bir zamanda bu məktub bizə təqdim edildi. Polşanın digər şəhərlərindən gələn soydaşlarımıza yola düşənədək qalmaları üçün Azərbaycan evi öz qapılarını açdı. İndi isə artıq soydaşlarımızdan ibarət 19 nəfərlik bir qrup Minsk Hava Limanından Bakıya yola düşüb. Onlardan bəzilərində maddi çətinlik olduğu üçün biletlərinin alınmasını öz üzərimə götürdüm. Könül istərdi ki, hər kəsin biletini alım. Amma təəssüf ki, öz şəxsi hesabıma ancaq bu qədər mümkün oldu. Dostlarımıza uğurlu yol diləyirəm.

Bu təşəbbüsümdə mənə dəstək olan Diasporla İş Üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinə, “Azərbaycan Evi”nin qapılarını soydaşlarımıza açan Lalə xanıma və digər şəhərlərdən Varşavaya gələn soydaşlarımızın qarşılanma, yerləşdirilmə, qidalanmasının təşkilində yaxından iştirak edən dostlarımıza şəxsim və təşkilatım Polşa Azərbaycanlıları Şurası adından öz təşəkkürümü bildirirəm”.


Paylaş:


Müəllif : Tarix:
26-03-2020, 13:20
  


loading...
Загрузка...