reklam
» » Qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları müəyyənləşdi - SİYAHI

reklam

Qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları müəyyənləşdi - SİYAHI


Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları müəyyənləşib.
 
Marja-nın xəbər verdiyi kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.
 
Bu qərar dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və aşağıdakı dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.  
 
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
 
Azərbaycan Respubikası Nazirlər Kabinetinin Aparatı
 
Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)
 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)
 
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
 
Azərbaycan Respublikasının Baş Prokurorluğu
 
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
 
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
 
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
 
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
 
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
 
Azərbaycan Respublikasının Ədliyə Nazirliyi
 
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
 
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
 
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
 
Azərbaycan Respublikasının Energetika Nazirliyi
 
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
 
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
 
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
 
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
 
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
 
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
 
Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
 
Azərbaycan Respublikasının Mərkəzi Bankı
 
Azərbaycan Respublikasının Dövlət Neft Fondu
 
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi
 
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)
 
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
 
Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi
 
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
 
Azərbaycan Respublikasının Hesablama Palatası
 
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
 
“Azəriqaz” İstehsalat Birliyi
 
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
 
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
 
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti
 
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)
 
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
 
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı







Paylaş:


Müəllif : Tarix:
26-03-2020, 00:19
  


loading...
Загрузка...