reklam
» » Karantinə əməl etməyən yaşlılara XƏBƏRDARLIQ edildi - FOTO

reklam

Karantinə əməl etməyən yaşlılara XƏBƏRDARLIQ edildi - FOTO


Mingəçevirdə karantin qaydalarına əməl etməyən yaşları 65-dən yuxarı olanlarla maarifləndirici söhbətlər aparılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir şəhər İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparıb. Onlara koronavirusunqarşısının alınması məqsədilə ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri barədə ətraflı məlumat verilib, eləcə də karantin rejiminin elan edilməsi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.

Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Onlarla maarifləndirici söhbətlər aparıldıqdan sonra xəbərdarlıq edilib və yaşadıqları ünvanlara göndəriliblər.


Paylaş:


Müəllif : Tarix:
25-03-2020, 17:01
  


loading...
Загрузка...