reklam
» » 11 ay nazir oldu, 14 il həbs cəzası aldı...

reklam

11 ay nazir oldu, 14 il həbs cəzası aldı...


Dostlarının "dəlisov adam" kimi xarakterizə etdikləri sabiq daxili işlər nazir İsəndər Həmidov dünən gecə dünyasını dəyişib. Keçmiş nazir fevralın 26-da günorta saatlarında son mənzilə yola salınıb.

İsgəndər Həmidov 1948-ci il oktyabr ayının 4-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. 1965-ci ildə Tərtər şəhərində orta məktəbi bitirib.

İxtisasca hüquqşünas olan İsgəndər Həmidov uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb.

Azərbaycan Xalq Hərəkatının liderlərindən biri, istiqlalçı deputatdır.

İsgəndər Həmidov Qarabağ Müharibəsi iştirakçısıdır. 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə mina partlaması nəticəsində kürəyindən qəlpə yarası alıb.

İsgəndər Həmidov kəşməkəşli ömür yolu keçib. AXC hakimiyyətə gələndən sonra ona yüksək etimad göstərilib. O, 1992-ci il may ayının 16-dan 1993-cü il aprel ayının 16-na kimi Azərbaycanın daxili işlər naziri olub.

1995-ci ildə "1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusu həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək" ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 8 illik məhbəs həyatından sonra 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

2003-2019-cu illərdə aktiv siyasi fəaliyyətlə məşğul olub.

Allah rəhmət eləsin!


Paylaş:


Müəllif : Tarix:
26-02-2020, 14:54
  


loading...
Загрузка...