reklam
» » Mehman Hüseynovun müraciəti qismən təmin edildi

reklam

Mehman Hüseynovun müraciəti qismən təmin edildi



Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd Mehman Hüseynovun müraciətinə baxılıb.

RegionXəbərləri.com "report"a istinadla xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 13 və 26 saylı seçki məntəqələrində qanun pozuntusu aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 2 seçki (13 və 26 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.


Paylaş:


Müəllif : Tarix:
25-02-2020, 20:04
  


loading...
Загрузка...