reklam
» » MSK Müsavat Partiyasının deputatlığa namizədinin şikayəti ilə bağlı qərar verdi

reklam

MSK Müsavat Partiyasının deputatlığa namizədinin şikayəti ilə bağlı qərar verdi


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai İkinci Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qəzənfər Baxışovun müraciətinə baxılıb.

Bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

R. İbrahimov bildirib ki, şikayət edən namizəd dairə üzrə bütün məntəqələrdə səsvermənin nəticələrini mübahisələndirib.

Araşdırma zamanı məlum olub ki, seçki günü namizədin nə özü, nə də müşahidəçiləri məntəqələrdə müşahidə aparıb.

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul edib. /APA


Paylaş:


Müəllif : Tarix:
23-02-2020, 17:18
  


loading...
Загрузка...