reklam
» » Ən təhlükəli öskürək – Ürək öskürəyinin əlaməti

reklam

Ən təhlükəli öskürək – Ürək öskürəyinin əlaməti


Öskürək ürək tutması və hətta infarktöncəsi vəziyyətdən xəbər verə bilər. Hər öskürəyi soyuqdəymə, ağciyərlərlə əlaqələndirmək yanlışdır. Bu xəstələrin həyatını təhlükəyə atır.

Medicina.az ürəklə əlaqəli öskürək tipini necə fərqləndirməyi təqdim edir.

Ürək tutmasının tipik olmayan formalarından biri də astmatik formadır. Bu zaman heç sinədə ağrı da olmur. Davamlı öskürək, bu zaman çəhrayın rəngə çalan köpüklü bəlğəm xaric olur, təngnəfəslik, boğulma hissi olur. Xəstə dərindən nəfəs ala bilmir. Tez-tez səthi nəfəs alıb verir.

Horizontal vəziyyətdə uzanmaq ona çətin olur, yarımoturaq vəziyyətdə özünü normal hiss edir. İnfarktdan bir həftə və bir neçə gün əvvəl daxildə bir soyuqluq, titrətmə hiss olunur.

Xəstələr bunu qrip, zökəm, ağciyərlərin soyuqlaması ilə səhv salır.

Belə ki, ağciyərləri qan və oksigenlə təmin edən əsas orqan ürəkdə problem olduğu üçün ağciyərlərdə qaz mübadiləsi prosesi pozulur, tənəffüs səthiləşir, öskürək baş verir.

Ona görə bir müddətdir astma kimi öskürək tutmaları olan şəxslər ürəyini də yoxlatmalı, xüsusən yaşlı kişilər, orta yaşlı insanlar, ürək problemi olanlar, nəsildə ürək infarktı olanlar öskürəyə sadəcə öskürəkdir deyib keçməməlidir.


Paylaş:


Müəllif : Tarix:
21-02-2020, 21:56
  


loading...
Загрузка...