reklam
» » Nazirlikdən Hadı Rəcəblinin dairəsi ilə bağlı yayılan xəbərlərə REAKSİYA

reklam

Nazirlikdən Hadı Rəcəblinin dairəsi ilə bağlı yayılan xəbərlərə REAKSİYA


"74 saylı Lənkəran kənd seçki dairəsinin sədri Əlövsət Rufi oğlu Rufiyevin "DOST mərkəzi"ndə çalışması barədə yayılan məlumatlar əsassızdır".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məsələyə münasibət bildirərkən deyib.

"DOST mərkəzlərində Əlövsət Rufiyev adlı şəxs çalışmır. Eyni zamanda bildirim ki, ödənişli ictimai işlərə vətəndaşların qəbulu yerli icra hakimiyyəti orqanlarının təqdim etdikləri siyahılar əsasında həyata keçirilir. Siyahılarda qeyd edilən şəxslər "DOST İş" mərkəzi tərəfindən qeydiyyata alınır. Bu sahədə ictimai açıqlığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə həmin siyahılar da nazirliyin rəsmi saytında təqdim edilir. Əlövsət Rufiyevin ictimai işlərdə çalışması barədə məlumat və skan olunmuş şəkil də məhz həmin siyahıdan götürülüb", deyə o, qeyd edib.


Paylaş:


Müəllif : Tarix:
18-02-2020, 19:48
  


loading...
Загрузка...