reklam
» » Bəxtiyar Hacıyevin dairəsi ilə bağlı qərar qəbul olundu

reklam

Bəxtiyar Hacıyevin dairəsi ilə bağlı qərar qəbul olundu


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov məlumat verib.
Onun sözlərinə görə, B.Hacıyev şikayətində seçicilərin iradəsini əks etdirmədiyi üçün bu dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib: "Şikayət Ekspert Qrupu tərəfindən araşdırılıb. B.Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini də bildirib. Araşdırma üç istiqamətdə aparılıb: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və dairə seçki komissiyasından alınan protokollar. Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə şikayət araşdırılıb".
R.İbrahimov bildirib ki, B.Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini istəyib: "Namizəd MSK-ya və DSK-ya təqdim etdiyi əlavələrdə məntəqə seçki komissiyasından əldə edilmiş protokolları təqdim edib. Bu protokollar rəsmi protokollardan fərqlidir. Bu araşdırma 25 protokolu əhatə edir. Həmin protokollardan, sadəcə, 9 ədədi orijinal protokollarla eynilik təşkil edir".
MSK üzvü vurğulayıb ki, aparılmış araşdırmanın nəticəsi olaraq seçki qanunvericiliyinin tələblərinə görə 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradan faktlar var. Buna görə də həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın".
Sonda 6 məntəqənin nəticəsinin ləğvi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib. /Report


Paylaş:


Müəllif : Tarix:
18-02-2020, 19:47
  


loading...
Загрузка...