reklam
» » Ülviyyə Ağayevanın “Dairəsi”ndə də CİDDİ NARAZILIQ… - "...nəticələr ləğv olunmalıdır"

reklam

Ülviyyə Ağayevanın “Dairəsi”ndə də CİDDİ NARAZILIQ… - "...nəticələr ləğv olunmalıdır"


106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən qeydə alınmış deputatlığa namizədlər – Mütəllim Rəhimov, Elvin İsmayılov, Şəhla İsmayılova, Cavid Musayev, Mehriban Məmmədova və Vüsalə Dadaşova bəyanat imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, bəyanatda deyilir:

“Fevralın 9-da 106 saylı seçki dairəsinin ərazisində Milli Məclisə keçirilən seçkilər müasirləşməyə və yeniləşməyə əks mövqedə dayanan, xalqla hakimiyyətin birliyini pozan, islahatlar təfəkkürü və gerçəkliyini həzm edə bilməyən qüvvələrin qanunsuz müdaxiləsi və kütləvi saxtalaşdırmaları ilə nəticələnib.106 saylı dairədən deputat seçilməsinə baxmayaraq ötən 5 ildə bir dəfə də olsun seçiciləri ilə görüşməyən, xalqın ciddi etirazı ilə qarşılaşan Ülviyyə Ağayeva yuxarıların köməkliyi və dəstəyi ilə görüntü naminə seçicilərlə “görüşmüş”, bu yığıncaqlara dövlət müəssisələrində işləyənlər – müəllimlər, həkimlər və bağça işçiləri məcburi şəkildə gətirilmişdir.

Hətta bütün bunlara baxmayaraq onu seçicilər dəfələrlə görüşdən qovublar. Bu barədə mediada dəfələrlə məlumat verilib.Tovuz, Qazax və Ağstafa seçicilərinin iradəsinin əleyhinə olaraq 106 saylı seçki dairəsi ərazisində seçkilər kobud qanun pozuntusu, kütləvi saxtalaşdırmalarla keçirilmişdir. Biz, həm seçki təbliğatı dövründə, həm də seçki günü baş verən qanun pozuntuları barədə DSK-ya, MSK-nın qaynar xəttinə və ATƏT-in müşahidə missiyasına dəfələrlə məlumat vermişik, müraciətlər ünvanlamışıq. Lakin nə DSK, nə də MSK müraciətlərimizə heç bir cavab verməyib və seçkilərin saxtalaşdırılması prosesi dayandırılmayıb. Nəticələr Ülviyyə Ağayevanın xeyirinə dəyişdirilmişdir. Bununla bağlı çoxsaylı sənədlər, foto, video faktlar vardır və onların bir çoxu sosial şəbəkələrdə yayılmışdır. Buna görə də 106 saylı seçki dairəsinin ərazisində seçkiyə müdaxilə və nəticələrin Ülviyyə Ağayevanın xeyirinə saxtalaşdırılması faktları nəzərə alınaraq nəticələr ləğv olunmalıdır”.

P.S. Qarşı tərəfin də mövqeyini olduğu kimi, verməyə hazırıq.


Paylaş:


Müəllif : Tarix:
18-02-2020, 12:32
  


loading...
Загрузка...