reklam
» » SEÇKİ SAXTAKARLIĞINA ETİRAZ MİTİNQİNDƏN ÖNCƏ SAXLANILANLARIN SİYAHISI

reklam

SEÇKİ SAXTAKARLIĞINA ETİRAZ MİTİNQİNDƏN ÖNCƏ SAXLANILANLARIN SİYAHISI

Növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirilməsi nəzərdə tutulan etiraz aksiyası ilə əlaqədar saxlanılan deputatlığa namizədlərin adları açıqlanıb.

Muxalifet.az-ın xəbərinə görə, ReAL Partiyasının sədri İlqar Məmmədovdan sonra Müsavat başqanı Arif Hacılı, D 18 Hərəkatının sədri Ruslan İzzətli, bloqer Mehman Hüseynov, Müsavat Partiyasının üzvləri Əlikram Xurşidov, Bakıxan Qəribli və Bayraməli Abdullayev (Partiyanın səlahiyyətli nümayəndəsi) saxlanılıb.

ReAl Partiyanın sədri İlqar Məmmədov da polis bölməsinə aparılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq. Müxalifət nümayəndələri mitinq keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Müraciətlərinə baxılıb və mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsindəki stadionda keçirilməsinə razılıq verilib.

Bundan başqa, dünən mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq müvafiq qanunvericiliyin tələbləri izah edilib və icazə verilən yerdən başqa digər ərazidə mitinqin keçirilməsinin yolverilməz olduğu bir daha onların nəzərinə çatdırılıb. Ona görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu qanunsuz aksiya hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir. Belə cəhdlərin qarşısı alınarkən ictimai asayişi bərpa edən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış mitinqin təşkilatçılarının üzərinə düşəcək.


Paylaş:


Müəllif : Tarix:
16-02-2020, 16:30
  


loading...
Загрузка...