reklam
» » Doktorantlar və dissertantlar prezident İlham Əliyevə və Mehriban xanıma müraciət etdi

reklam

Doktorantlar və dissertantlar prezident İlham Əliyevə və Mehriban xanıma müraciət etdi


Redaksiyamıza bir qrup doktorant və dissertant tərəfindən məktub daxil olub.Onlar mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və Mehriban Əliyevaya müraciət ünvanlayırlar.

Möhtərəm cənab Prezident İlham Əliyev!

Sizə bu məktubu yazmağımızın səbəbi Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasının Konstitusiyasına zidd qərar çıxarması və onun yaratdığı ciddi narahatlıqdır.

Nəzərinizə çatdıraq ki, biz tədqiqatçılar son zamanlar Sizin Azərbaycanda başlatdığınız islahatları, elmin inkişafı və stimullaşdırılması naminə atdığınız hər bir addımı yüksək dəyərləndirir, dəstəkləyir və bu aspektdə gələcəyə böyük ümidlə baxırıq. İmzaladığınız hər bir Fərman və Sərəncam gənc bir tədqiqtçı kimi bizi öz vəzifələrimizə daha məsuliyyətlə yanaşmağa sövq edir.

Sizin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanla təsdiq etdiyiniz “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” bütün parametrləri üzrə elmi inkişafın müasir tələblərinə cavab verdiyi, vətəndaşların hüquq və maraqlarına xidmət etdiyi halda, AAK-nın Rəyasət Heyətinin 13 dekabr 2019-cu il 13-R nömrəli Qərarı Prezident Fərmanına və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun gəlmir, elmin inkişafını stimullaşdırmır və vətəndaş hüquqlarını pozur. AAK-nın sözügedən qərarı mövcud qanunvericiliyə uyğun qanuni prosedurlardan keçmiş gənc alimlərin vəziyyətini süni surətdə ağırlaşdırır. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin VII bəndində deyilir:

“Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.”

Təəssüf doğuran məqamlardan biri də odur ki, AAK-nın Rəyasət Heyəti vətəndaşların hüquqlarını pozan və vəziyyətlərini ağırlaşdıran qeyri-qanuni Qərarına hüquqi don geyindirmək üçün hər bənddə “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla” ifadəsini təkrar edir. Əgər bizə Sizin köməyiniz olmasa, problemin nə vaxtsa qanuni yolla həll olunacağına inanmaq çətindir.

Möhtərəm cənab Prezident!

Biz, aşağıda imza edənlər AAK-nın Rəyasət Heyətinin Prezident Fərmanına və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun gəlməyən, elmin inkişafını stimullaşdırmayan, mövcud qanunvericiliyə uyğun qanuni prosedurlardan keçmiş tədqiqatçıların vəziyyətini süni surətdə ağırlaşdaran 13 dekabr 2019-cu il 13-R nömrəli qərarı ilə pozulmuş hüquqlarımızın bərpasına kömək etməyinizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün vicdanlı elm adamları və ümumən ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən sonsuz minnətdarlığımızı bildiririk.

Əlavə edilir:

1) AAK-nın Rəyasət Heyətinin 13.12.2019 tarixli 13–R saylı protokolundan çıxarış – 1 səh., 1 nüsxə.

Dərin hörmətlə,

1. Ağayeva Mənsurə Tiflis qızı (AZE 1439868) – BDU;

2. Alıyev Xətai Şahin oğlu (AZE 18528815) UNEC – ADİU;

3. Aliyeva Ülviyyə Xaliqverdi qızı (AZE 17216294) – BDU;

4. Abbasova Elnurə Alim qızı – AMEA Nəsimi adına Dilçilik İnstitutu;

5. Babayev Elvin Əliyar oğlu (AZE 19171482) – AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu;

6. Bağırova Nigar Xanlar qızı (AZE 17528020) – ADU;

7. Cahangirli Təbərrük Fərrux qızı (AZE 13222393) – ADU;

8. Cəfərzadə Vüsalə Nofəl qızı (AZE 13827244) – BDU;

9. Eyvazov Pərvin Eyvaz oğlu (AA 1375205) – BDU;

10. Əhmədova Aygün Mədət qızı (AZE 14498205) – GDU

11. Əhmədova Sevinc İslam qızı (AA0811323) – ADPU;

12. Əhmədova Xəyalə Ramiz qızı (AZE 13440771) – ATMU;

13. Əhmədova Zəhra Mirzəağa qızı (AZE 16431899) – BDU;

14. Ələskərova Yeganə İlyas qızı (AZE 09374004) – BDU;

15. Əliyev İlham Baxış oğlu (AZE 09871997) – BDU;

16. Əliyeva Günel Surxay qızı (AZE 08136871) – BDU;

17. Əliyeva İradə Zülfəli qızı (AZE 14982877) – AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu;

18. Əliyeva Nəzrin Samir qızı (AZE 15957431) – BDU;

19. Əmrahova Lianna Hüsü qızı (AZE 13259452) – AMEA Nəsimi adına Dilçilik İnstitutu;

20. Əzimova Aidə Yaşar qızı (AA0455436) – BDU;

21. Əzimzadə Yaqut Mustafa qızı (AZE 08503704) – ARTİ;

22. Fərəcov Anar Tofiq oğlu (AZE 15613281) – BDU;

23. Fətəliyeva Nərminə Arif qızı (AZE 17446425) – Xəzər Universiteti;

24. Fil.e.d. prof. İ.Ə. Abbasov (AZE AA0114315);

25. Fil.e.d., prof. H.M. Zərbəliyev (AZE 05904959);

26. Hacıyeva Aygün Zahid qızı (AZE 13052933) – AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu;

27. Hacıyeva Nigar Məhəmməd qızı (AZE 14596324) – BDU;

28. Hüseynova Nailə İsmixan qızı (AA 1496565) – ADU;

29. Hüseynova Sevda Elbrus qızı (AA 1071001) – ARPDİA;

30. Xanalıyeva Aysel Fazil qızı (AZE 14908448) – BDU;

31. İbrahimova Dilbər Mustafa qızı (AZE 08569511) – BDU;

32. İskəndərova Sevda Məlik qızı (AZE 17085378) – BDU;

33. Kazımova Aytən Fizuli qızı (AZE 09717607) – ADU;

34. Qasımov İlkin Çilingir oğlu (AZE 16925662) – BMU;

35. Qasımova Nərmin İsa qızı (AZE 18518199) – BSU;

36. Qurbanova Mətanət Qəhrəman qızı (AZE 14757181) – ATRİ;

37. Qurbanova Rəna Oruc qızı (AZE AA0540032) – ATRİ;

38. Mehdizadə Gülşən Kamal qızı (AA 0099652) – ADPU (onkoloji xəstəlikdən əlil);

39. Mehraliyeva Ülviyyə Tacir qızı (AZE 17354171) – BDU;

40. Məmmədəliyeva Leyla Fərhad qızı (AZE AA0089648) – Azərbaycan Universiteti;

41. Məmmədova Sevil Eləsgər qızı (AZE 07401473) – ADU;

42. Mikayılova Könül Vaqif qızı (AZE 08999833) – ARTİ;

43. Milana Abbas Yunis qızı (AZE 17211621) – Xəzər Universiteti;

44. Mirzəyeva Aytəkin Rəfi qızı (AZE 14651673) – BDU;

45. Mollayeva Könül Rəşid qızı (AZE 15950612) – ARTİ;

46. Muradova Şəfa Qüdrət qızı (AZE 09365629) – AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu;

47. Niftəliyev Bəhruz Allahverdi oğlu (AZE 14122939) – ADMİU;

48. Orucova Elnarə Məhərrəm qızı (AZE 15882887) – ADPU;

49. Önemli Mehmet (52525462146) – ARTİ;

50. Ramazanova Aytən Şahinova (AZE 17548925) –AMEA Hüquq və İnsan Haqları İnstitutu;

51. Rəcəbova Südabə Şəmsəddin qızı (AZE 06291860) – AMEA Nəsimi adına Dilçilik İnstitutu;

52. Rüstəmova Təranə Saleh qızı – AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu;

53. Salahov Fariz Rafiq oğlu (AA 0175608) – AMEA İqtisadiyyat İnstitutu;

54. Sərdarova Mehriban Nağı qızı (AZE 08530675) – ADPU;

55. Sultanova Samirə Xəqani qızı (AZE 15545268) – GDU;

 



Paylaş:


Müəllif : Tarix:
14-02-2020, 14:43
  


loading...
Загрузка...