reklam
» » Bibisini qaçıran şəxsi 26 ildən sonra öldürdü - MƏHKƏMƏ

reklam

Bibisini qaçıran şəxsi 26 ildən sonra öldürdü - MƏHKƏMƏ


Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Ağayahya Abbasovun apellyasiya şikayətinə baxılıb.

Regionxeberleri.com “Report”-a istinadən xəbər verir ki, hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyanın qərarı ilə şikayət təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, A.Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilinib və 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2018-ci ilin iyul ayında Şabran rayonunda baş verib. 1988-ci il təvəllüdlü Ağayahya Abbasov 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğluna bıçaq zərbələri vuraraq qətlə yetirib.

Qətl hadisəsinə səbəb R.Əhmədovun 1991-1992-ci illərdə Ağayəhyanın bibisinə qarşı etdiyi hərəkətlərə görə qisas hissi olub. Belə ki, R.Əhmədov evlənmək adı ilə qadını aldadaraq qısa müddət ərzində faktiki nigah münasibətlərində olduqdan sonra ayrılıb. Bir qadın kimi bibisinin, eləcə də onun qohum-əqrəbasının adına və namusuna xələl gətirdiyinə görə Ağayəhya Rəşid Əhmədovdan qisas almaq qərarına gəlib.

2018-ci ilin iyul ayında dəvət aldığı toy məclisində spirtli içkilər qəbul etdikdən sonra Rəşid Əhmədova zəng edərək onunla mütləq görüşərək “söz-söhbətlərə son qoyacağı və onu “deşik-deşik” edəcəyi ilə hədələyib. Rəşid Əhmədov rayon ərazisində olmadığını bildirsə də, A.Abbasov Rəşid Əhmədov axşam saatlarında yaşadığı evin qarşısına gəlib. Rəşid Əhmədovun özünə məxsus “İnfiniti FX 35” markalı avtomobildə mobil telefonla danışdığını görərək əli ilə avtomaşının bağlı pəncərəsini döyüb, ondan avtomaşından düşməyi tələb edib.

Rəşid Əhmədov onun gəlişinin məqsədini bildiyi üçün avtomaşının içindən əl barmağı ilə ona “bir dəqiqə gözlə gəlirəm” işarəsi verib. Ağayahya Abbasov avtomobildən bir neçə metr aralandıqdan sonra sonuncu R.Əhmədov avtomaşınından götürdüyü ov silahını nümayiş etdirib arxadan onun üzərinə tutmaqla oradan çıxıb getməyi və sözügedən məsələ ilə bağlı bir daha onu narahat etməməyi ondan tələb edib.

Ağayahya Abbasov geriyə dönərək sol əli ilə üzərinə tuşlanmış ov silahının lüləsindən tutub dartaraq həmin silahı yerə salmaqla Rəşid Əhmədovu tərksilah edib. Öz həyatı üçün yaranmış real təhlükəni aradan qaldırdıqdan sonra cibində gəzdirdiyi mətbəx bıçağı ilə Rəşidə çoxsaylı zərbələr endirib. R.Əhmədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, Şabran bazarında ticarətlə məşğul olan 48 yaşlı Rəşid Əhmədov ailəli və 4 uşaq atası olub.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu ilin iyununda A.Abbasov barədə hökm çıxarıb. Hökmdən narazı qalan A.Abbasov apellyasiya şikayəti verib.


Paylaş:


Müəllif : Tarix:
13-02-2020, 16:40
  


loading...
Загрузка...