reklam
» » Nazarbayevin nəvəsi Britaniyadan sığınacaq istədi

reklam

Nazarbayevin nəvəsi Britaniyadan sığınacaq istədi


Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib.

 Aysultan Nazarbayev bunu sosial şəbəkələrdə bəyan edib.

O bildirib ki, Rusiya və Qazaxıstan hökumətləri arasında iri miqyaslı korrupsiya əməliyyatları barədə məlumatlı olduğu üçün ailəsi tərəfindən təzyiqlərlə üzləşib.

"Mən Qazaxıstan xalqından oğurlanan milyardlarla ABŞ dollarından bəhs edirəm", - deyə Aysultan Nazarbayev vurğulayıb.

Onun sözlərinə görə, son 5 ili boz zolaqlarla əhatə olunub. "Ailəmin, xüsusilə anamın (Dariqa Nazarbayeva) və ərinin (Qayrat Şaripbayev) acgözlüyünün mərkəzində olmuşam", -deyə Aysultan Nazarbayev qeyd edib.

Nursultan Nazarbayevin nəvəsi babası ilə bağlı da məyusluğa uğradığını deyib. "Mən ona izah elədim ki, əgər sən ailənə və ətrafındakılara müxtəlif biznes strukturlarını bir-birlərindən əlindən almağa imkan verirsənsə, hər şeyi itirə bilərsən. Dedim ki, xəsislik və acgözlük sizin hamınızın axırına çıxacaq", - deyə Aysultan Nazarbayev bildirib.

Prezidentin nəvəsi əlavə edib ki, xalq hakimiyyətə qarşı birləşərsə, mövcud iqtidarı dəyişmək mümkün ola bilər: "Dövlətin başında duranlara tanrı olmadıqlarını sübut edəcəyik! Əlbəttə ki, bizi təqib edə bilər, öldürə bilər, azadlığı əlimizdən alar və hətta həyatda ən çətin vəziyyətə sala bilərlər. Ancaq inanın, Allah bizimlədir və biz qalib gələcəyik! "

29 yaşlı Aysultan Nazarbayev Qazaxıstanın keçmiş prezidentinin böyük qızı Dariga Nazarbayevanın və Avstrayada həbsxanada intihar etmiş kürəkəni Rahat Əliyevin oğludur.


Paylaş:


Müəllif : Tarix:
13-02-2020, 13:21
  


loading...
Загрузка...