reklam
» » 165 milyonluq malikanə aldı

reklam

165 milyonluq malikanə aldı


Dünyanın ən zəngin insanı Ceff Bezos Beverli-Hillzdə 165 milyon dollara malikanə alıb. Bu barədə “Wall Street Journal” mənbələrinə istinadən xəbər verib.

Bezos onu mediamaqnat Devid Qeffendən alıb. Bu, Los-Anceles rayonu üçün rekord məbləğli sövdələşmədir. Mənbələrin məlumatına görə, sövdələşmədə daşınmaz əmlak üzrə agentlər iştirak etməyib.

“Warner Estate” adlı malikanə 1930-cı illərdə “Warner Bros” şirkətinin prezidenti Cek Uorner üçün layihələndirilib. Burada geniş terraslar, bağlar, bir neçə qonaq evi, tennis kortu və qolf meydançası var.

Xatırladaq ki, daha əvvəl Bezos Nyu-Yorkda 80 milyon dollara üç mənzil almışdı.


Paylaş:


Müəllif : Tarix:
13-02-2020, 09:32
  


loading...
Загрузка...