reklam
» » Keçən seçkidə də xəstəxanaya düşmüşdü, bu dəfə də...

reklam

Keçən seçkidə də xəstəxanaya düşmüşdü, bu dəfə də...


Xəbər verdiyimiz kimi, 35 saylı Xətai üçüncü seçki dairəsinin sədri İmran Hüseynəliyev istefa verib. Hazırda xəstəxanada olduğunu bildirən İ.Hüseynəliyev istefasının səbəbini səhhətində yaranan problemlərlə əlaqələndirib.

Dairə sədri 2015-ci ilin noyabrın 1-də keçirilən seçkilərdən sonra da xəstəxanalıq olub. Belə ki, o, həmin ilin noyabrın 11-də DSK-da keçirilən iclasdan sonra Seçki Dairəsinin inzibati binasından çıxarkən özünü pis hiss edərək yıxılıb.

İ.Hüseynəliyev “Təcili tibbi yardım” maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Həkim müayinəsi zamanı DSK sədrinin aldığı xəsarətlərin ciddi olmadığı məlum olub.

Qeyd edək ki, 5 il öncə noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə 35 saylı Xətai III Seçki Dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deputat seçilib. O, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadəni qabaqlayıb. İ.Ağazadənin bu dəfəki əsas rəqibi isə Rauf Arifoğludur.


Paylaş:


Müəllif : Tarix:
24-01-2020, 22:39
  


loading...
Загрузка...