reklam
» » Rusiyada gömrük itlərinin gündə 12 saatdan çox istifadəsi qadağan olunub

reklam

Rusiyada gömrük itlərinin gündə 12 saatdan çox istifadəsi qadağan olunub


Rusiyanın Federal Gömrük Xidməti (FTX) xidməti itlərin saxlanılması və istifadəsi qaydalarını müəyyənləşdirib. Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, əmrə əsasən "Heyvanlarla məsuliyyətli rəftar haqqında" Qanunun icrası 2020-ci ilin yanvarında qüvvəyə minib.

Sənədə əsasən, itlər gündə 12 saatdan çox olmamaq şərtilə işlədilə bilərlər. Onlar ümumiyyətlə xidmətə üç ildən beş ilə qədər cəlb oluna bilərlər.

İtlərin sonrakı xidmətinin məqsədəuyğun olub-olmadığını xüsusi komissiya müəyyən edəcək.

Əmrdə həmçinin xidməti itlərin təlimi və dördayaqlı gömrükçülərin xidmətinin başqa normaları müəyyənləşdirilib.


Paylaş:


Müəllif : Tarix:
19-01-2020, 11:10
  


loading...
Загрузка...