reklam
» » Qumbara, kəndir və ümidsizlik... "İntihar mələyi" gənclərdən sonra məmurların da çiyninə qondu

reklam

Qumbara, kəndir və ümidsizlik... "İntihar mələyi" gənclərdən sonra məmurların da çiyninə qondu

Son zamanlar Azərbaycanda intihar hadisələri hədsiz artıb. Xüsusən yeniyetmələr və gənclər intihara daha meyilli hala gəlib. Təhsil almağına imkan verilməyən və ya erkən yaşda evləndirilmək istəyən qızlar da intihara əl atır, nişanlısından ayrılan və ya adicə bir məsələyə əsəbiləşən oğlanlar da... Hətta "intihar mələyi" bu ay məmurların da çiyninə qonub. 
Avqust ayında baş verən intihar hadisələrinin detallarını təqdim edirik:
Avqustun ilk günlərində 17 yaşlı qızın özünəqəsd xəbəri ilə media sarsılır. Hadisə avqustun 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində baş verib. Kənd sakini Hacıyeva Aysun Maqsud qızı həyətdəki yarımtikilidə özünü asıb. Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qızın özünü öldürməsinə səbəb ailəsinin onu məcburi şəkildə ərə vermək istəməsi olub.
Daha sonrakı günlərdə Cəlilabad rayonunda daha bir intihar hadisəsi baş verir. İntihar hadisəsi bu dəfə şəhərin Təbriz küçəsində qeydə alınır. Belə ki, Cəlilabad şəhər sakini, Qasımov Sahib Məzahir oğlu intihar edib. İlkin məlumata görə, onun qəbul etdiyi yüksək dozalı narkotik maddənin təsirindən intihar etdiyi bildirilir. S.Qasımov Cəlilabad rayonunda "Ququ" ləqəbli kriminal "avtoritet" kimi tanınırdı.
Şabran rayonu da intihar hadisəsi ilə gündəmə gəlir. Hadisə rayonun Padar kəndində qeydə alınır. Belə ki, kənd sakini, 31 yaşlı Səbuhi İsmixanov bir ay öncə mal-qarası üçün tikdiyi tövlədə özünü asır. S.İsmixanov ailələli olub, onun iki övladı olduğu bildirilib.
Daha bir intihar Hacıqabulda baş verib. Əhmədli Qüvvət Taqət oğlu intihar edib. Muğan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Əhmədli Qüvvət Taqət oğlu evdəkilərin yatmasından istifadə edərək çölə çıxıb, həyətdəki ağacların birindən özünü asaraq intihar edib. Onun ağacdan asılmış meyiti səhər saatlarında yaxınları tərəfindən aşkar edilib. Deyilənlərə görə, Qüvvət Əhmədli axşam yeməyindən sonra doğmaları ilə xeyli zarafatlaşıb, deyib-gülüb. İntihar hadisəsinin baş vermə səbəbi hələ ki, məlum deyil.
Şabranda daha bir intihar faktı qeydə alınıb. Xaçmaz sakini, 1973-cü il təvəllüdlü Sədullayev Siyavuş İkram oğlu Şabran rayonunda özünü asıb. İntiharın səbəbləri araşdırılır. Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.  
Növbəti intihar İsmayıllı rayonunda baş verib. Hadisə rayonun Şəbyan kəndində qeydə alınıb.1986-cı il təvəllüdlü Səbuhi Piriyev özünü həyətdə qoz ağacından asaraq intihar edib.
Bu ay intihar edənlər arasında məmurlar da olub. Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru, 1980-ci il təvəllüdlü Musa Feyzulla oğlu Feyzullayev avqustun 15-də intihar edib. Hadisə gecə saatlarında Qax şəhərinin Cəfər Cabbarlı küçəsində, yaşayış evlərindən birində baş verib.  O, həmin evin həyətində özünü asıb. Onun meyiti anası tərəfindən aşkarlanıb.
Qubada keçmiş məmur özünü asaraq intihar edib. Hadisə Quba şəhəri 5-ci məhəllə ünvanında baş verib. Belə ki, 1959-cu il təvəllüdlü Canpolad Abbasov özünü yaşadığı evin həyətində asaraq intihar edib. C.Abbasov əvvəllər İcra Hakimiyyətində yüksək post tutub.
Ayın ortalarında intihar "virus"u digər rayonlarımıza da sirayət edib. Belə ki, Neftçalada 24 yaşlı gənc intihar edib. Hadisə axşam saatlarında Bala Surra kəndində baş verib. İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Ələkbərov Sabir Əli oğlu toy mərasimindən evə qayıtdıqdan sonra həyətdəki yenicə tikilən hamamda özünü asaraq canına qəsd edib. Onun meyiti səhər saatlarında aşkar olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. S.Ələkbərovun intihar etməsinin səbəbi hələ ki məlum deyil.
Gəncə şəhərində bir gün ərzində iki nəfər intihar edib. Avqustun 18-də Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü İlqar Əliyev yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Həmin gün 15 yaşlı qız da canına qəsd edib. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü M. Nəbiyeva yaşadığı evdə özünü asıb. M. Nəbiyeva 10-cu sinif şagirdi olub.
Neftçalada daha bir intihar hadisəsi baş verib. 1995-ci il təvəllüdlü Sabir Ələkbərli canına qəsd edib. 24 yaşlı gənc özünü asıb. 
Analoji hadisə Sabirabad rayonunda da qeydə alınıb. Kürkəndi kəndində 1985-ci il təvəllüdlü Qismət Əsədov da özünü asaraq intihar edib.
İntihar Daşkəsəndən də yan keçməyib. Hadisə rayonun Alünitdağ qəsəbəsində qeydə alınıb. Orada yaşayan 1998-ci il təvəllüdlü Hüseynova Aysel yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi hələ ki, məlum deyil. A. Hüseynova bir uşaq anası olub.
Avqust ayının son intihar hadisəsi isə Tərtər rayonunda qeydə alınıb. Gənc oğlan toydan qayıtdıqdan sonra özünü qumbara ilə partladıb. Avqustun 29-da saat 16 radələrində Tərtər rayonun Qaradağlı inzibati ərazi vahidliyinə daxil olan Təzəkənd kəndində özünü qumbara ilə partladaraq intihar edən 1994-cü il təvəllüdlü Elmir Hüseynli subay olub. Valideynlərinin onu sərxoşluq etməsinə görə danlamasına əsəbiləşən gənc qumbara götürərək həyətə çıxıb və həyatdan bezdiyini, özünü öldürmək istədiyini deyib. O, ata-anasını yaxına buraxmayıb və səs-küyə qonşular yığılıb. Bu zaman qonşuluqda yaşayan və Elmirin xətrini uşaq vaxtından çox istəyən 52 yaşlı Fikrət Abbasov irəli çıxaraq onu sakitləşdirməyə çalışıb. Bu zaman gənc oğlanın əlindəki qumbaranın alışdırıcısı açılıb və partlayış baş verib. Nəticədə E.Hüseynli hadisə yerində vəfat edib. F.Abbasov isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Qeyd edək ki, bu faciəvi intihar hadisələri ilə yanaşı onlarla intihara cəhdlər də olub. Amma onların qarşısı vaxtında alınıb. (Yeni sabah)
 


Paylaş:


Müəllif : Tarix:
31-08-2019, 13:39
  


loading...
Загрузка...