reklam
Regionxeberleri.com » Araşdırma » Polis polkovnikinə 7 il həbs verildi

reklam

Polis polkovnikinə 7 il həbs verildi








Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) keçmiş rəis müavini Hüseyn Muradxanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçiriləb prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Muradxanov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, polis polkovniki Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinir.

İttihama görə, H. Muradxanov evli olduğu halda özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb. Belə ki, H.Muradxanovun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib. Buna görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata keçirib. Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli olub-olmadığı araşdırılmayıb.

2016-cı ildə H.Muradxanov həyat yoldaşı M. Muradxanovadan boşanıb. Sonuncu məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib. Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi etibarsız hesab edilib.

Bundan sonra obyekti alan qadın D. V. polis polkovnikindən şikayətçi olub. O, iddia edib ki, sabiq rəis müavini onu aldadıb 180 min manatını ələ keçirib. Şikayət əsasında H.Muradxanova cinayət işi açılıb.




Paylaş:


Müəllif : Tarix:
23-11-2021, 14:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər