reklam
Regionxeberleri.com » Araşdırma » “Bilirəm ərəblər niyə ov üçün Azərbaycana gəlir“ - 5 kişiyə 1 keçi...

reklam

“Bilirəm ərəblər niyə ov üçün Azərbaycana gəlir“ - 5 kişiyə 1 keçi...







“Azərbaycan təbiətində həm Afrika, həm də sərt Sibir, tundara iqlimi var. Yəqin ki, ərəb ovçuları da məhz bu cəhət cəlb edir”.

Bunu Yenisabah.az-a “Çöl adamı” televerilişinin aparıcısı, ovçu Kamal Dəniz deyib.

O, ötən gün Mahmudçala Ovçuluq Təsərrüfatında qanunsuz ov edən 4 ərəb saxlanılması və 4 min manat cərimələnməsi xəbərinə təəccüblənmir. “Ərəblər niyə ov etmək üçün Azərbaycanı seçirlər” sualına hazır cavabı var:

“Hər ölkədə ov mövsümü olur. Məsələn, Rusiyada yaz ovu aprelin 29-dan, həm də bataqlıq quşlarından başlayır və mayın 10-na kimi davam edir. Azərbaycanda isə ov mövsümü fevralın axırından başlayır, maksimum martın 8-nə qədər davam edir. Hava isti olduğu üçün quşlar tez yuva qurur, cütləşir və s. Rusiyada əsas ov mövsümü avqustun 25-də başlayır və bütün qış boyu ov gedir.  Burada çöl toyuğu, tetrao, lois quşları, həmçinin qaban və s. olur. Amma Azərbaycanda qaban ovu yanvar ayına qədərdir. Yanvardan sonra bir də avqustun 25-dən sentyabrın 10-na qədər fasilə verilir. Nəhayət, oktyabrda növbəti ov mövsümü açılır”.

Mütəxəssis qeyd edib ki, ərəblərin Azərbaycana marağına gəldikdə, Azərbaycanda xarici ovçuları, əsasən də ərəblərə cəlb edən bəzgək quşudur. El arasında ona “dovdağ” deyirlər

“Onun iki növü var. 1948-ci ildə bu quşların Azərbaycanda sayı çox idi, ancaq çox hissəsi qırılandan sonra yerdə qalan quşlar ölkədən köçdü. Bu quşlar, əsasən Aran bölgələrində yuva salır. Onların ölkəyə gəlişi noyabr ayından başlayır, fevralda geri köç gerçəkləşir.

K. Dəniz iddia edib ki, “Facebook”dakı bəzi səhifələr vasitəsi ilə ərəb ovçular Azərbaycana cəlb olunur. 

“Onlar dövləti aldadırlar, ovçuluq təsərrüfatlarına yalan deyirlər. Yazırlar ki, ördək, qaşqaldaq vuracağıq, amma onlar ley quşları, qırğı quşları ilə ovlayırlar. Bu, Azərbaycan qanunvericiliyə ilə qadağandır. Ərəblər özü silahla yox, ovçu şahinlərlə ov edirlər. Azərbaycanda bəzgəklər çox azalıb, hətta “Qırmızı Kitab”a salınıb”.

Ovçu əlavə edib:

“İyunun 10-dan oktyabrın 10-dək Azərbaycanda dağ heyvanlarına ov başlayır. Dağıstan və Qafqaz turunun rəsmi qiymət müəyyənləşdirilib və bu heyvana ov qadağa deyil. Qanuni şəkildə gələn ovçuları Azərbaycanda normal qarşılayırlar, ova aparırlar. Amma “Qırmızı Kitab”a salınmış heyvanlar, məsələn, maral, ceyran, cüyür və s. ovlanması qəti qadağandır

Azərbaycan vətəndaşları üçün müəyyən olunmuş dağ keçisi ovunun məbləği 24.70 manatdır. 5 nəfər ovçu olmaq şərti ilə. Yəni 5 ovçuya bir dağ turu ovu icazəsi verilir və bu da müəyyən sayda olur. Azərbaycan vətəndaşları cəmi 15 baş Qafqaz turu vura bilər. Xarici vətəndaşlar da, eyni say izni var. Yəni ödənişi edib ov edirlər. Ekologiya Nazirliyi (ETSN ) buna nəzarət edir. Bu heyvanların nəslini qorumaq üçün ETSN çox işlər görür”, - deyə Kamal Dəniz fikirlərini tamamlayıb.






Paylaş:


Müəllif : Tarix:
23-11-2021, 14:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər