reklam
Regionxeberleri.com » Araşdırma » İşığın və qazın qalxmasının bazara təsirləri: "Qiymətlər bahalaşacaq" - ŞƏRH

reklam

İşığın və qazın qalxmasının bazara təsirləri: "Qiymətlər bahalaşacaq" - ŞƏRH


"Enerji daşıyıcılarının bahalaşması həmişə bazarda bütün məhsulların qiymət artımına səbəb olur. Ona görə ki, enerji daşıyıcıları məhsullarının böyük əksəriyyətinin maya dəyərindən 50-60 faiz xüsusi çəkiyə sahib olur. Bunu biraz təsnifləndirsək, bəzi məhsullarda az, bəzi məhsullarda daha çox olur. Amma ortalama məhsulun 30 faizindən 50 faizinədək xüsusi çəkiyə malik olur. Ona görə də bazarda enerji daşıyıcılarının bahalaşması bütün qiymətlərin bahalaşmasını stimullaşdırır, sürətləndirir".

Bu fikirləri açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.



O bildirib ki, bu bahalaşma əvvəlkilərə nisbətən bir qədər yumuşaq bahalaşmadır:

"Lakin buna baxmayaraq, bazarda qiymətlərin bahalaşmasına təkan verəcək. Amma mən burada diqqəti başqa məsələyə çəkmək istəyirəm. Qazın qiymətinin birinci bahalaşmasının əsaslandırma hissəsində bildirmişdilər ki, əhalinin yarısı guya ildə 1200 kub metr qaz işlədir, ona görə də biz tutaq ki, o limiti 1700-dən endirdik 1200-ə. Amma indi artıq o aztəminatlı ailələr üçün nəzərdə tutulan 1200 kubun qiymətini qaldırıblar. Əsaslandırırlar ki, burada iki manat-üç manat fərq edəcəkdir. Bu da kiçik məbləğdir. Amma məsələ burasındadır ki,aztəminatlı ailələr üçün o kiçik məbləğlər də böyük təsirə malikdir.

Yəni bu bahalaşmanın ən kobud səhv hissəsi ondan ibarətdir ki, burada aztəminatlı ailələr üçün nəzərdə tutulmuş qaz limiti bahalaşdırılıbdır. Əvvəlki bahalaşmada o limit bahalaşdırılmamışdı, indi yenidən həmin limiti bahalaşdırıblar. Maraqlı məqam budur.

Bu bahalaşma ilə bağlı Tarif Şurasının əsaslandırmasında deyilir ki, bahalaşmanın əsas səbəblərindən biri dünya bazarında qazın qiymətinin daha çox bahalaşmasıdır. Bilirsiz, qazın qiymətinin bahalaşması Azərbaycan vətəndaşının istifadə etdiyi qaza təsir etmir. Çünki Azərbaycan hökuməti qazı dünya bazarından almayıb. Qaz ölkənin daxilində hasil olur. Digər tərəfdən dünya bazarında qazın qiymətinin bahalaşması Azərbaycan hökumətinə daha çox divident gətirir, çünki o qaz satan ölkədir. Azərbaycan hökumətinin manevr imkanlarını artırır. Bu, Azərbaycan hökumətinin digər ölkələr üzərində təbii üstünlüyüdür. Azərbaycan hökuməti isə bu təbii üstünlükdən sui-istifadə edərək ölkə daxilində az da olsa qazın qiymətini bahalaşdırıb. Bu hökumətin vəziyyətdən sui-istifadəsi deməkdir.

O ki qaldı digər arqument, yəni büdcədən gələn datasiyaların azaldılması, guya qazın qiymətinin bazar qiymətlərinə uyğunlaşdırılması, bu mümkün olan şey deyil. Yəni bu cür qiymət artımı ilə "Azəriqaz"ın büdcədən asılılığını azaltmaq mümkün deyil. Niyə mümkün deyil? Çünki "Azəriqaz" 2020-ci ildə dövlət büdcəsinə verdiyi vəsaitdən 24,5 dəfə çox təxminən 25 dəfə çox vəsait alıbYəni dövlət büdcəsinə 1 manat köüçürülüb, əvəzində isə 25 manat alıb.

Bu isə o deməkdir ki, bizim işlətdiyimiz qaz ki var, onun 1000 kub metri əslində 120, 200, 255 manata deyil, dəqiq qiyməti tapmaqdan ötrü həmin o qiyməti 25-ə vurmalıyıq. Ortalama 200 manata vuranda təxminən 1000 kub metri Azərbaycan vətəndaşına başa gəlir 5000 min manata. Yəni 1000 kub metr 5000 min manat. Bunun 200 manatını "Azəriqaz" vətəndaşdan alır, yerdə qalan 4800-ü isə büdcədən alır. Yəni "Azəriqaz"ın büdcədən asılılığı o qədər böyük həcmdədir ki, bu cür qiymət artımı ilə onun büdcədən asılılığını azaltmaq mümkün deyil".(Bakupost)



Paylaş:


Müəllif : Tarix:
17-10-2021, 13:12
Sikayət   


loading...
Загрузка...