reklam
» » Nəşi tapılan hərbçinin kimliyi məlum oldu - YENİLƏNİB - FOTO

reklam

Nəşi tapılan hərbçinin kimliyi məlum oldu - YENİLƏNİB - FOTO


Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.
Bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.
O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.
Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.






Paylaş:


Müəllif : Tarix:
13-10-2021, 21:20
  


loading...
Загрузка...