reklam
» » Aytənin qardaşı: "Müstəntiq əlindən gələni etdi ki, balalarımızın qanını batırsın" - VİDEO

reklam

Aytənin qardaşı: "Müstəntiq əlindən gələni etdi ki, balalarımızın qanını batırsın" - VİDEO

“Səbail Rayon Prokurorluğunda məsələyə səthi yanaşıldı və müstəntiq Araz Əkbərov əlindən gələni etdi ki, balalarımızın qanını batırsın”.
Bu sözləri Yeniavaz.com-a avqust ayının 30-da azyaşlı övladı Niftəliyeva Tahirə, sentyabrın 2-də isə özü dünyasını dəyişən Aytən Niftəliyevanın qardaşı İlkin Süleymanov deyib. O bildirib ki, A. Niftəliyeva dünyasını dəyişməmişdən əvvəl vəkilə video formatda ifadə verib, həyat yoldaşı Rəhman Niftəliyevanın onu və azyaşlı övladını 4 mərtəbəli həyət evinin dam örtüyündən yerə atdığını deyib:
“Bizə deyilən ilkin versiya bu oldu ki, Aytən qızı ilə birlikdə özünün 2-ci mərtəbənin pəncərəsindən yerə atıb. Ancaq Aytənin bədənində 64 sınıq və ciyərində sıxılma var idi. 2-ci mərtəbə o qədər də hündür bir yer deyil, oradan yıxılsa maksimum ayağı burxular, bəlkə sınardı. Ona görə də bu real görünmürdü. Biz Aytən ayılana kimi hadisəni belə bilirdik, ayıldıqdan sonra öyrəndik ki, Aytən əslində 5-ci mərtəbədən yerə atılıb. O artıq 5 sayılır, belə ki, evin birinci mərtəbəsi qarajdır, üzərində 3 mənzil var və sonuncu mənzilin üstü artıq 5-ci mərtəbə sayılır. Ev Aytənin ailəsinə aid şəxsi binadır.

Hadisə günü Aytən uşağı da götürüb və evin sonuncu mərtəbəsinə çıxıb, tək qalmaq üçün. Onun istəməməsinə baxmayaraq Rəhman da arxasınca gəlib və aralarında mübahisə yaranıb. Bu zaman uşağı dartışdırıblar və uşaq binadan xeyli kənara atılıb. Aytən ifadəsində deyir ki, atılma anını xatırlamıram, ancaq uşağın yerə çırpıldığını gördüm. Daha sonra isə Rəhman onu bir dəfə itələyib, büdrəsə də, yıxılmayıb. İkincidə isə yenidən Aytəni itələyib və o sürüşərək çardağın kənarına çaxılıb. Qollarında sürüşməsini əks etdirən izlər qalıb, bu yayılan fotolarda da var. O çardağın kənarından tutarkən Rəhmandan dəfələrlə kömək istəsə də, Rəhman buna məhəl qoymayıb. Aytən oradan asılı qalıb, qolunun taqəti bitəndə 5-ci mərtəbədən yerə yıxılıb.

Şahidlərin ifadəsində göstərilir ki, yıxıldığı an huşu yerində olub. Bir müddətdən sonra içəridən qayınata çıxıb, ağlaya-ağlaya uşağın üstünə gedib, uşağı qara “Mercedes”ə qoyub, gediblər. Arxasınca qışqırıblar ki, “anası qaldı, sağdır hələ də”,-deyə, məhəl qoymayıblar. Sonra Aytəni məhəllədən təsaddüfü keçən taksiyə qoyaraq DTX-nın hospitalına göndəriblər. Həyati təhlükə keçdikdən sonra isə, onların dediyinə görə, “Respublikanski”yə (Respublika Klinik Xəstəxanası) aparıblar.

Biz vəkil tutduq, o dərhal getdi, Aytəndən video formatda ifadəsini aldı, bildirdi ki, həyati təhlükəsi olduğu üçün belə edir. Vəkil hüquq-mühafizə orqanlarının məsələyə ciddi yanaşmayacağından ehtiyatlanırdı. Və dediyi kimi də oldu, Səbail Rayon Prokurorluğunda məsələyə səthi yanaşıldı və müstəntiq Araz Əkbərov əlindən gələni etdi ki, balalarımızın qanını batırsın. Artı məsələ ictimailəşdikdən sonra, həmçinin, bizim çoxsaylı müraciətlərimiz əsasında Baş Prokurorluq masələni Səbail Rayon Prokurorluğundan aldı.
Hal-hazırda istintaq davam edir”.

Xatırladaq ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.
Bildirilib ki, göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.

Paylaş:

Müəllif : Tarix:
14-09-2021, 17:52
  
loading...
Загрузка...