reklam
» » Ramin Bayramlını istefa verməyə məcbur edən səbəblər – Onu nə gözləyir?

reklam

Ramin Bayramlını istefa verməyə məcbur edən səbəblər – Onu nə gözləyir?


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edilməsi, daha doğrusu, onun istefa verməsinin əsl səbəbləri hələ aydın deyil.
Bununla bağlı hələlik heç bir açıqlama verilməyib.
Amma TƏBİB və onun tabe olduğu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yaxın mənbələrdən bəzi məlumatları əldə edə bilib.
İddiaya görə, TƏBİB yaranan gündən orada iki qruplaşma olub. Bu qurum fəaliyyətə başlayanda işə tamam başqa mütəxəssislər cəlb edilibmış. Lakin bir neçə ay sonra onlar prosesdən uzaqlaşdırılıb və TƏBİB Ramin Bayramlıya həvalə olunub. Bu səbəbdən də qurumun daxilində ona qarşı fikir heç vaxt birmənalı olmayıb və onun gözdən salınması üçün fürsət axtarılıb.
Pandemiya ilə bağlı işlərin çoxalması, koronavirus xəstələrinin müəyyənləşməsi və onların müalicəsi ilə bağlı ciddi qüsurların ortaya çıxması, rüşvət, korrupsiya ilə bağlı faktların üstünün açılması Ramin Bayramlını “vurmaq” üçün əla fürsət yaradıb. Bu faktlar və əlbəttə, R.Bayramlının xarakterində olan bəzi çatışmazlıqlar onu bu vəzifəyə gətirən, qorumağa çalışan qüvvələri də çətin duruma salıb, sonda ona münasibət kökündən dəyişib.
Daha sonra bu çətin dönəmdə dəbdəbəli villa tikdirməsi, sonra isə 300 minlik avtomobil alması ilə bağlı xəbərlərin yayılması onunla bağlı qərarı qətiləşdirib.
Özünü doğrultmayan, qısa müddətdə mənfi imic qazanan Ramin Bayramlının istefa ərizəsi yazmasına da bu informasiyaların və ona olan münasibətin kəskinləşməsi səbəb olub.
R.Bayramlı son vaxtlar elə hörmətdən düşübmüş ki, TƏBİB-lə bağlı bütün qərarlar ondan xəbərsiz qəbul olunub. Hətta son brifinqdə onun çıxışı gözlənilsə də, buna imkan verilməyib, qurumu tamam başqa adam təmsil edib.
Məlumatda bildirilir ki, o, son bir ayda yalnız hansısa sənədə imza atmaq üçün öz xidməti otağında otururmuş.
Bütün bunlar onun vəzifəsindən getməsi üçün ərizə yazması ilə nəticələnib.
Məlumatda o da bildirilir ki, yaxın günlərdə onun fəaliyyəti ilə bağlı araşdırma aparılacağı da gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
13-09-2021, 16:22
  


loading...
Загрузка...