reklam
» » 100 yaşına kimi yaşamağın sirri açıldı

reklam

100 yaşına kimi yaşamağın sirri açıldı


Alimlər uzunömürlüyün daha bir sadə sirrini açıblar.
100 yaşa kimi çatanların unikal bağırsaq mikrobioması olduğu təsdiq olunub.

Medicina.az xəbər verir ki, ABŞ və Yaponiya alimləri birgə uzunömürlülər barədə elmi araşdırmanın nəticələrini açıqlayıblar.
Onlar yaşı 100-ü keçmiş 160 nəfər yapon uzunömürlüsünün analizlərini götürərək, onların bağırsaq mikroflorasını yoxlayıblar. Məlum olub ki, orta yaşlılardan fərqli olaraq 90-100 yaşlıların bağırsağında ikincili öd turşuları adlandırılan bakteriyalar daha çoxdur.

Bunlar bağırsaqda zərərli patogenlərin çoxalmasının qarşısını alır, iltihabdan qoruyur, immun sistemi tənzimləyir.
Ona görə bu adamlar xroniki xəstəlik və viruslara qarşı davamlı olurlar.

Daha sonra alimlər laboratoriyada uzunömürlülərin nəcisinə patogen bakteriyalar olan Clostridioides difficile və Enterococcus faecium birləşdiriblər.

Məlum olub ki, ikincili öd turşuları effektiv şəkildə bakterial infeksiyaları aradan qaldırıb.

Beləliklə, aydın olub ki, insanın bağırsağının vəziyyətindən onun sağlamlığı və ömür müddəti asılıdır. Kimin bağırsaq mikroflorası sağlamdırsa, onu daha uzun ömür gözləyir.


Paylaş:


Müəllif : Tarix:
5-08-2021, 21:43
  


loading...
Загрузка...