reklam
» » Peyvənddən sonra qızdırma niyə olur?

reklam

Peyvənddən sonra qızdırma niyə olur?


İmmunoloq Nikolay Kryuçkov koronavirusa qarşı peyvənddən sonra temperaturun yüksəlməsinin vaksindən sonrakı yeganə mümkün təzahür olmadığını söyləyib.

Medicina.az xəbər verir ki, ekspert peyvənddən sonra hərarətin yüksəlməsinin səbəblərindən danışıb.

“İnyeksiya yerində ağrı və qıcıqlanma, bədən istiliyinin artması, ümumi zəiflik və halsızlıq kəskin respirator virus infeksiyalarının (KRVİ) klassik təzahürləri ola bilər. Bütün bu simptomlar qeyri-spesifik immunitetin aktivləşməsi və immun sisteminin bu cür qeyri-spesifik stimullara reaksiya vermə qabiliyyəti ilə əlaqədardır. Lakin bu hallar immun cavabın meydana gəlməsinin aktivliyini birbaşa göstərmir. Peyvənddən sonrakı erkən təzahürlərdən asılı olmayaraq, ikinci dozadan bir neçə həftə sonra sabit antikor səviyyəsi meydana gələcək”, - immunoloq “RİA Novosti”yə müsahibəsində bildirib.

Həkim qeyd edib ki, insanda peyvənddən sonra heç bir problem və ya hərarət olmursa, bu o demək deyil ki, immunitet əmələ gəlməyəcək:

“Digər tərəfdən, bir adam peyvənddən sonrakı 3 gün ərzində 39 dərəcə temperaturda yatırsa, bu, immunitet reaksiyasının daha yüksək olacağını göstərmir”. /publika.az/


Paylaş:


Müəllif : Tarix:
5-08-2021, 18:20
  


loading...
Загрузка...